Musiqili Teatrda Lütfəli Abdullayevin xatirəsi yad olundu - FOTO

  • 19:45 - 29 Mart

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "O olmasın, bu olsun" (Üzeyir Hacıbəyli) musiqili komediyasının ötən nümayişi görkəmli teatr və kino aktyoru, Xalq artisti, SSRİ Dövlət Mükafatı Laureatı, Lütfəli Abdullayevin anadan olmasının 110 ilik yubileyinə həsr olunub. 

Avropa.info xəbər verir ki, tamaşadan öncə Əməkdar artist Əkbər Əlizadə böyük sənətkarın həyat və yaradıcılığı barədə danışıb, vaxtıilə onun bu məkanda Məşədi İbad obrazında səhnəyə çıxdığını vurğulayıb.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, konsertmeysteri Fidan Məmmədova, rejissor assistentləri Sevinc Məmmədova və Elməddin Dadaşovdur.

Səhnə əsərində Əməkdar artistlər Şövqi Hüseynov, Nahidə Orucova, Ələkbər Əliyev, Əzizağa Əzizov, Əkbər Əlizadə, Nadir Xasiyev, aktyorlar Möylə Mirzəliyev, Əliməmməd Novruzov, Hüseyn Əlili, Şaban Cəfərov, Aydan Həsənova, Elməddin Dadaşov, Təranə Əliyeva və başqaları iştirak ediblər.

 

 

Avropa.info 


Oxunma sayı: 7778

Oxşar yazılar