Həssas qrupdan olan uşaqlara Novruz şənliyi həyata keçirildi - FOTO\VİDEO

  • 20:27 - 25 Mart

Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası İctimai Birliyiniinin təşəbbüsü ilə həssas qrupdan olan uşaqlara Novruz şənliyi həyata keçirildi. 

Avropa.info xəbər verir ki, tədbirdə millət vəkilləri, tanınmış idmançılar, iş adamları, əməkdar jurnalist Mətanət Ağamirli, fəlsəfə doktoru Afət Həsənova, və digər şəxslər iştirak ediblər. 

Təşkilatın sədri, Paralimpiyaçı taekvondo üzrə dunya və Avropa çempionu əməkdar idman ustası Aynur Məmmədova tədbirdə maddi və mənəvi dəstək olan hər kəsə təşəkkür edib. 

Aynur Məmmədova bildirdi ki, belə tədbirlərin keçirilməsi ev təhsili uşaqların evdən çıxması, özünə qapanan uşaqlara diqqət və qayğının artırılması, onların şənlənib əylənməsinə şərait yaratmaq, sevinmələrinə dəstək olmaqdır. Əlilliyi Olan şəxslər cəmiyyətdən təcrid olunmamalıdır.


Oxunma sayı: 14917

Oxşar yazılar