Deputat: "Bu faktın özü ciddi bir addım deməkdir"

  • 17:54 - 25 Mart

"Bu gün azadsahibkarlıq, liberal, rəqabətədavamlı iqtisadiyyatın inkişafı ölkə rəhbərliyi tərəfindən yürüdülən siyasətin əsasınıı təşkil edir. Azad sahibkarlığın inkişafı daim cənab Prezidentin diqqət mərkəzində olduğundan  bu sahənindövrün tələblərinə uyğun olaraq inkişaf edib, ölkə iqtisadiyyatında xüsusi yeri olması məqsədi ilə davamlı olaraq islahatlar həyata keçirilməkdədir".

Bunu Avropa.info-ya açıqlamasında deputat Cavid Osmanov deyib.

Onun sözlərinə görə, ölkə iqtisadiyyatının bütün sahələrində  özəl və azad sahibkarlığın inkişafına xüsusi diqqət yetirilir.

"Müasir dünyada bazar iqtisadiyyatını azad sahibkarlıq fəaliyyəti və liberal iqtisadiyyat olmadan təsəvvür etmək mümkün deyil. Əlbəttə ki, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının təminatı özəl sektorun , kiçik və orta sahibkarlığın inkişafından asılı olduğu üçün respublikamızda sahibkarlığın inkişafı prioritet istiqamətlərdən biridir", - o qeyd edib.

Deputat əlavə edib ki, azad sahibkarlıq və liberal iqtisadiyyatdan danışarkən son illərdə Prezident İlham Əliyevin siyasi iradəsi ilə həyata keçirilən davamlı tədbirlər sayəsində Azərbaycanda əlverişli biznes mühiti formalaşıb: "Demək olar ki, ölkəmizdə özəl sektorun dinamik inkişafı üçün lazım olan bütün addımlar atılır.

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bazar münasibətlərinə əsaslanan liberal iqtisadi sistemin formalaşması, vətəndaşların iqtisadi azadlığına, təşəbbüskarlığına şərait yaradılması, zəngin təbii sərvətlərdən səmərəli istifadə, investisiya cəlbediciliyinin yüksəldilməsi və digər tədbirlərin nəticəsi olaraq Azərbaycan iqtisadiyyatı yeni keyfiyyət parametrləri ilə özünü təsdiqləyib. Bu parametrlər keçid dövrünü uğurla başa vurmuş ölkəmizdə mülkiyyətin çoxnövlülüyünün təmin olunması, bazar iqtisadiyyatı üçün qanunvericilik bazasının yaradılması, aqrar islahatların həyata keçirilməsi, sahibkarlar institutunun formalaşması, özəlləşdirmə istiqamətində hüquqi bazanın yaradılması, müəssisələrin təsərrüfat fəaliyyətində dövlətin rolunun məhdudlaşdırılması, daxili və xarici iqtisadi fəaliyyətin liberallaşdırılmasında, qiymətlərin bazar tərəfindən müəyyənləşdirilməsi, ümumilikdə dövlətin iqtisadiyyata müdaxiləsinin minimuma endirilməsi və bu kimi digər məsələlərdə özünü göstərir".

O  bildirib ki, azad sahibkarlığın inkişafı məqsədi ilə qanunverici baza  da daima təkmilləşdiirlməkdədir: "Azərbaycanda azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi ilə bağlı 2023-cü ildə bir sıra işlər görülüb: “Əsas olaraq Rəqabət Məcəlləsinin qəbul olunmasını göstərə bilərik. 17 ildir domuş vəziyyətdə qalan məcəllə, nəhayət, bu il qəbul olundu, 2024-cü ildən qüvvəyə minəcək. Bu faktın özü ciddi bir addım deməkdir.

Bundan əlavə olaraq 2022-ci ilin sonunda “Sahibkarlıq fəaliyyəti haqqında” qanun təstiqləndi. Bir çox istiqamətdə ölkədə azad sahibkarlığın və liberal iqtisadiyyatın formalaşması üçün addımlar atılır. Qanunvericilik sahəsində də davamlı olaraq  bu işlər görülməkdədir. 

Cənab Prezident fevralın 14-də andiçmə mərasimində bəyan etdi kii, Azərbaycan yeni dövrə qədəm qoyur və  bur dövrdə ölkə iqtisadiyyatının bütün sahələri, xüsusəndə texnologiya, alternativ enerji sahəsiinkişaf etməlidir. Cənab prezident onu da bəyan etdi ki, qarşıdakı əsas hədəflərdən biir də Qarabağ və şərqi Zəngəzurun yenidən bərpasıdır. Burada da  özəl sektorun daha yaxından iştirakının vacibliyini qeyd edib. Ölkə başçısı tərəfindən bu sahədə  yürüdülən siyasətin əsas hədəfini azad və özəl sektoru inkiaşf etdirməklə iqtisadiyyatda dövlətin rolunun azaldılmasıdır. Ona görə də dövləti  bu sahədəki məsuliyyətdən azad etmək üçün azad sahibkarlıq və liberal iqtisadiyyatı təşviq edir.  Cənab Prezidentin rəhbərliyi altında bu sahədə  genişmiqyaslı islahatlar həyata keçirilməkdədir. Azad sahibkarlığın və liberal iqtisadiyyatıninkişafı  ölkəyə daha böyük həcmlərdə xarici investisiyanın axınına səbəb olacaq. Azad sahibkarlığa yaradılan  münbit şəraitin nəticəsidir ki, xarici sərmayədarlar Qarabağ və Şərqi Zəngəzurun iqisadiyyatınainvestisiya qoymaqdadırlar. Bu gün Azərbaycan qlobal iqlim dəyişikliyinə töhfə vermək məqsədi ilə "yaşın enerji"ni,  bərpaolunan alternativ enerjinin özünün əsas prioriteti elan edib. Artıq  dünyanın bu sahədəki məşhur şirkətləri Azərbaycan iqtisadiyyatına investisiya qoymaqdadırlar və bu istiqamətdə  işlər getməkdədir. Azad sahibkarlığa yaradılan şəraittəkcə ölkənin iqtisadi inkişafına deyil. eyni zamanda dövlətin  hərtərəfli qüdrətinin  artmasına. ölkə əhalisinin sosial rifah halında yaşayıb, beynəlxalq aləmdəki nüfuzunun daha da artmasına öz töhfəsini verəcək".


Oxunma sayı: 11507

Oxşar yazılar