Bu, Azərbaycanın gücünün nümayişi idi - AÇIQLAMA

  • 16:32 - 20 Fevral

Azərbaycan Prezidenti İlham Əliyevin Münhen  Təhlükəsizlik Konfransında  ən yüksək səviyyədə qəbul edilməsi, orada keçirdiyi görüşlər və verdiyi mesajlar  anti-Azərbaycan güclərə, xüsusən də Fransaya tərs şilləsi idi. 

Bunu Avropa. info-ya açıqlamasında deputat İlham Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanda keçirilən prezident seçkilərindən sonra xalqın etimadını qazanan Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında iştirakı və  tədbir  çərçivəsində keçirdiyi görüşlər ciddi beynəlxalq rezonansa  səbəb oldu. "Prezident İlham Əliyevin ABŞ dövlət katibi Entoni Blinken, Almaniya kansleri Olaf Şolts, ATƏT Baş katibi və digər  çoxsaylı görüşlər keçirməsi  başda Fransa olmaqla anti-Azərbaycan güclərə tərs bir şillə vurmuş oldu. Onların  gözləntiləri özünü doğrultmadı. Anti-Azərbaycan güclər bir daha gördülər ki,   onların düşündüyü kimi  Qərb ölkələri Azərbaycanla əlaqələrin pozulmasında deyil, əksinə daha sıx münasibətlərin qurulmasında  maraqlı olduqlaırnı ortaya qoydu. Bununla da həmin güclər özlərini pis vəziyyətə qoymuş oldu. Bir daha Azərbaycan başda Fransa olmaqla həmin anti-Azərbaycan güclərə öz meydançalarında  məğlubiyyətə uğratdı. Bir daha onlar  Azərbaycanın gücünün şahidi oldular", - o qeyd edib.

O əlavə edib ki, cənab Prezidentin Münhen səfəri Qərbin Azərbaycanın bölgədə yaratadığı geosiyasi reallığı qəbul edib, ona uyğun əməkdaşlıq etməsində maraqlı olduğunu bir daha ortaya qoydu: 

"Bu, eyni zamanda Azərbaycanın müstəqil xarici siyasətə yürüdən güclü olkə olduğunun dünyaya nümayişi idi. Çünki dünyanın ən aparıcı ölkələri, o cümlədən transmilli şirkətlər Azərbaycanla əməkdşalıqda maraqlıdırlar. Bu isə onu deməyə əsas verir ki, artıq dünya gücləri də Azərbaycanı  yeni düzənində, xüsusən də Avrasiya coğrafiyasında ciddi aktor roluna malik dövlət kimi qəbul edirlər. Bu gün Azərbaycan təkcə enerji cəhətdən deyil, həm də yeni dünya düzənin ən əsas amili olan logistik cəhətdən də qovşaq bir ölkə rolunu oynamaqdadır.  Azərbaycan buna cənab Prezidentin yürütdüyü uzaqgörən, çevik və  qətiyyətli siyasəti nəticəsində nail olub.  Bu gün Azərbaycan Avropa ilə Asiyanı deyil, o cümlədən Avrika qitəsini birləşdirən ən sərfəli nəqliyyat dəhlizi rolunu oynamaqdadır və ölkəmizin əhəmiyyətə bu gün baş verən proseslər fonunda daha da artmaqdadır. Məhz cənab Prezidentin yürütdüyü  çevik siyasət nəticəsində Azərbaycan  mühüm geopolitik proseslərdə  açar ölkələrdən birinə çevrilib. Bu da azərbaycanın gücünə əlavə güc qatmaqdadır.  Bax Münhen səfərini bütün bunları çılpaqlığı ilə ortaya qoydu.

Bu, eyni zamanda, beynəlxalq güc mərkəzlərinin Cənubi Qafqaz və ətraf regionlar üzrə layihələrinin taleyi həm də Azərbaycanın iradəsindən asılı olduğunu nümayiş etdirdi".

Prezidentin Tükiyəyə səfərində gəldidkdə isə deputat deyib ki, bu səfər  Ermənistan və onun havadarlarına ciddi xəbərdarlqı mesajı olmaqla yanaşı, Türk dünyasının  sıx inteqrasiya və  yeni güc mırkəzi kimi formalaşaarq ortaya çıxması baxımdan mühüm əhəmiyyət kəsb edir: "Bu səfər təkcə iki ölkə və ya bölgənin gələcəyi, sülhün, sabitliyin bərqərar olması baxımdan deyil, Türk dövlətləri arasında və Avrasiya coğrafiyasında  sıx əməkdaşlığın yaranması baxımdan əhəmiyyətli rola malikdir. bu həmçinin iki qardaş ölkə arasında birliyin, həmrəyliyin nümayişidir. Dünyaya mesaj verildi ki, kimsə bu birliyi poza bilməz. Əkisnə bur birlik  Ulu öndər Heyrəd Əliyevin  müəyyən etdiyi "Bir millət, iki dövlət" prinsipinə uyğun olaraq getdikcə daha da dərinləşəcək  və  güclənəcək. Bu birlik bölgədə sülhün, sabitliyin, təhlükəsziliyin və sıx əməkdaşlığın təminatçısı rolunu oynayacaq".

Avropa.info


Oxunma sayı: 12750

Oxşar yazılar