Vasif Talıbovun qohumunun aldatdığı işçilər Vilayət Eyvazova müraciət etdilər! - Elnur Əvəzli Talıbovları niyə istintaqdan yayındırır?

  • 21:05 - 14 Fevral

Avropa.info-nun 13 fevral 2024-cü il sayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qohumları Toğrul Talıbov və Səmarə Talıbovanın Binəqədi rayon Əcəmi Naxçıvani 24 ünvanında yerləşən "Beauty Time" gözəllik salonununun sıfırdan təmiri, dizaynı üçün çalışdırdıqları 8 nəfərin pulunu ödəmək istəmədikləri haqda məlumat yaymışdıq. 

Xatırladaq ki , Toğrul və Səmarə Talıbovalar işçilərdən Xəlilov Mehman Əli oğlu, Orucov Füzuli Xaləddin oğlu, Rəhimli Abdulla Vahid oğlu, Məmmədova Xəyalə Elman qızı, havalandırma şirkəti, Sədarək Ticarət Mərkəzindəki gül mağazası, Dərnəgüldə boya mağazası, Tipoqrafiya şirkəti də daxil olmaqla ümümilikdə 33 min manat borcu verməkdən imtina edirlər. 

2023-cü ilin avqust ayında pulnu ala bilməyən işçilər Daxili İşlər Naziri Vilayət Eyvazova müraciət ediblər. İş baxılmaq üçün, Binəqədi rayon polis şöbəsinin 5-ci bölməsinə göndərilib. İşi polis kapitanı Elnur Əvəzli araşdırıb. Şikayətçilərin sözlərinə görə, Elnur Əvəzli şikayət olunan tərəfi dindirmədən, sadəcə fəhlələrdən izahat alıb. Fəhlələrin bildirdiyinə görə, kapitan Elnur Əvəzli Vasif Talıbovun qohumları haqda olan heç bir şikayətə baxmayacağını açıq - aşkar bildirib. Hətta fəhlələrdən bir-birinin  əleyhinə izahat almağa çalışıb. Daha sonra, iş mülki iş olduğunu iddia edərək, araşdırmanı dayandırıb. 

Bundan sonra, fəhlələr Elnur Əvəzlinin çıxardığı qərardan Binəqədi rayon məhkəməsinə müraciət ediblər. Hakim Fərid Əmirəliyev 14.01.2024 tarixində 5-ci bölmənin təhqiqatçısı Elnur Əvəzlinin çıxardığı qərarı ləğv edərək, yenidən baxılması üçün 5-ci bölməyə göndərib. Lakin 5-ci bölmə işə baxmağı yenidən işə qərəzli mövqeydən yanaşan polis kapitanı Elnur Əvəzliyə həvalə edib. Halbuki məhkəmənin qərarında Elnur Əvəzlinin işə düzgün baxmadığı qeyd olunur. 

Bu gün Avropa.info-nun əməkdaşı şikayətçilərlə birgə 5-ci bölmədə olub. Dəftərxana işçisi işin Elnur Əvəzlidə olduğunu bildirib. Şikayətçilərlə telefonla danışan Elnur Əvəzli öncə işin ona həvalə olunmadığını bildirsə də, sonradan təhqiqatın ona tapşırıldığını etiraf edib. Hətta şikayətçilərə, "mən niyə sizin işə baxmalıyam, siz məndən məhkəməyə şikayət etmisiniz", deyib. Şikayətçilər qeyd edirlər ki, polis kapitanı Elnur Əvəzli prosesi yubatmaqla təhqiqat müddətinin vaxtı keçdikdən sonra işi arxivə göndərmək istəyir. Şikayətçilər sual edirlər ki, polis kapitanı Elnur Əvəzlinin qanunsuz şəkildə onların pulunu verməkdən imtina edən Talıbovları müdafiə etməkdə marağı nədir. Dediklərinə görə, Toğrul və Səmarə Talıbovlar polisin də onları müdafiə edəcəyini dəfələrlə bəyan ediblər.  Şikayətçilərin bildirdiyinə görə, 5-ci bölmənin keçmiş rəis müavini (hazırda 8-ci bölmənin rəisidir) Zülfüqar Orucov ötən ilin avqust ayında onlara etiraf edib ki, Toğrul və Səmarə Talıbovlar Vasif Talıbovun qohumu olduqları üçün onların tərəfini tutmağa məcburdurlar. 

Şikayətçilər Daxili İşlər Naziri Vilayət Eyvazova müraciət edərək, işin doğru araşdırılmasını xahiş edirlər. 

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.

Oxunma sayı: 22540

Oxşar yazılar