Vasif Talıbovun yaxın qohumları fəhlələrin 33 min manatını mənimsədi ! 700 min manatlıq dövlət əmlakını talayan Yunus Əsgərov kimdir?

  • 19:21 - 13 Fevral

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun yaxın qohumları təmir üçün çalışdırdıqları 8 işçinin, tikinti materialları aldıqları ticarət mərkəzlərinin ümumilikdə 33 min manatı pulunu ödəməkdən imtina edir. 

Avropa.info xəbər verir ki, Vasif Talıbovun qohumu Toğrul Talıbov və onun həyat yoldaşı Səmarə Talıbova 2023-cü ilin sentyabrında Binəqədi rayon Əcəmi Naxçıvani 24 ünvanında yerləşən "Beauty Time" salonunun sıfırdan təmiri, dizaynı üçün çalışdırdıqları 8 nəfərin pulunu ödəmək istəmirlər.  

Toğrul və Səmarə Talıbovalar işçilərdən Xəlilov Mehman Əli oğlu, Orucov Füzuli Xaləddin oğlu, Rəhimli Abdulla Vahid oğlu, Məmmədova Xəyalə Elman qızı, havalandırma şirkəti, Sədarək Ticarət Mərkəzindəki gül mağazası, Dərnəgüldə boya mağazası, Tipoqrafiya şirkəti də daxil olmaqla ümümilikdə 33 min manat borcu verməkdən imtina edirlər. 

Qeyd edək ki, Səmarə Talıbova SHXÇDX-da daxili təhqiqatlar idarəsinin keçmiş rəisi polkovnik Yunis Əsgərovun qızıdır. Yunis Əsgərovun adı 2016-cı ildə 700 min manat dövlət əmlakının mənimsənilməsində hallanıb. Toğrul və Səmarə Talıbovların təmir etdirdiyi, dizayner və fəhlələrin zəhmət haqqını vermədiyi gözəllik salonunun Yunis Əsgərova məxsus olduğu bildirilir. 

Açıklama yok.

Əmək haqları ödənməyən işçilərin Avropa.info-ya verdiyi məlumata görə, Toğrul və Səmarə Talıbovlar ödəməli olduqları 33 min manatı verməkdən imtina edərək, işçiləri Vasif Talıbovun adı ilə qorxutmağa çalışırlar. 

Qeyd  edək ki, Vasif Talıbovun qohumlarının aldadaraq əmək haqlarını ödəmədiyi işçilər Binəqədi rayon 5-ci polis bölməsinə şikayət ediblər, hazırda iş araşdırmadadır. 

Avropa.info

Təmir edilən gözəllik salonunun təmirdən sonrakı və təmirdən əvvəliki FOTOLARI

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.

Oxunma sayı: 26170

Oxşar yazılar