"Rəssam və təbiət" adlı fərdi yaradıcılıq sərgisi keçirilib - FOTO

  • 14:11 - 31 Yanvar

Yanvarın 28-də Beynəlxalq Qalereyada Aygün Əzizovanın layihə rəhbərliyi və təşkilatçılığı ilə bir qrup rəssamın "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "Rəssam və təbiət" adlı fərdi yaradıcılıq sərgisi keçirilib.

Avropa.info xəbər verir ki, sərgidə Azərbaycan Rəssamlar İttifaqının üzvü, ADPU-nun  baş müəllimi, "Tərəqqi" medallı rəssam Səmayə Rzayeva, Azərbaycan Rəssamlar İttifaqının üzvü,  1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin Təsviri  Sənət Qalereyasının rəngkarlıq-qrafika dərnəyinin rəhbəri və müəllimi, rəssam  Elanura Mənsimova, musiqişünas-pedaqoq, Milli Konservatoriyanın nəzdində Musiqi Kollecinin müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Rəna Paşayeva, ABC School  və English for Kids tədris mərkəzlərinin müəllimi, rəssam Arzu Məmişova,  Telman Abbasov adına  225 nömrəli tam orta məktəbin şagirdi, rəssam Mədinə Həbib,  Sabunçu rayon 28 nömrəli məktəbin 7 sinif şagirdi, rəssam Ağayeva Şəfa və Milli Konservatoriyanın tərkibində İncəsənət Gimnaziyasının 2-ci sinif şagirdi rəssam Ağalarova Fatimənin əsərləri nümayiş olunub. 

Sərgidə  rəssamlığın müxtəlif texnikalarında və janrlarında işlənmiş ecazkar  rəsm əsərləri sərgilənib. 

Sərgini giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova başda Ali Baş Komandan İlham Əliyev olmaqla bütün Silahlı Qüvvələrimizin əməkdaşlarına, qazilərimizə can sağlığı arzulayıb, torpaqlarımız uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

E.İsgəndərova sərginin müxtəlif yaş qruplarında olan rəssamların gözəl bir təşəbbüs ətrafında birləşib həyata keçirdiklərini bildirib. Fərdi yaradıcılıq sərgisi olan rəssamlara uğurlar arzulayıb.  

Rəssamlar da öz növbələrində sərgiyə həvəslə hazırlaşdıqlarını və xüsusilə sərgini operativ şəkildə hazırladığına görə layihə rəhbəri və təşkilatçı Aygün Əzizovaya təşəkkürlərini bildiriblər. 

Sərgi  tamaşaçılar tərəfindən maraqla qarşılanıb. 

Sonda xatirə fotoları çəkilib.

Aygün Oqtay,
Fotolar Camalındır

Avropa.info


Oxunma sayı: 19240

Oxşar yazılar