Fransa çirkin oyunlarına AŞPA-nı və Ermənistanı şərik edib - AÇIQLAMA

  • 16:37 - 26 Yanvar

AŞPA-nın Azərbaycanla bağlı qəbul etdiyi qətnamə və sərgilədiyi mövqe bir daha Avropa strukturlarının ölkəmizə qarşı riyakarlığının nöbvəti təzahürü idi.

Bunu Avropa.info-ya açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, Azərbaycan Avropa Şurasına üzv olduğu  2001-ci ildən bəri dəfələrlə belə mövqenin şahidi olub. 

"Emənipərəst, islamofob, Azərbaycanafob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə ediblər və bu kampaniya bu gün də davam etməkdədir. Bu isə onu deməyə əsas verir ki, Avropa təşkilatlaır bu istər AŞPA, istər Avropa İttifaqı, istərsə də Avropa Parlamenti olsun müəyyən güclərin əlində istədiklər ölkəyə qarşı bir təzyiq  alətidir. Bu ölkələr dünyanın müxtəlif ölkələrində  maraqlaırnı təmin etmək üçün Avropa təşkilatlarından  bir  təzyiq vasitəsi kimi istifadə edirlər", - deyə o əlavə edib.  

Deputatın sözlərinə görə, bu təşkilatlar uzun illər ərzində Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir təsirli addımlar atmayıblar: 

"İşlərini ancaq  bəzi hallarda heç bir hüquqi çəkisi olmayan bəyanatlar və qərarlar verməklə kifayətləniblər. Amma bu təşkilatların Ermənistanın Azərbaycana qarşı iğalçılıq, terror, soyqırım siyasəti nəticəsində dəhşətli  bəşəri hərbi cinayətlər törədilib, insan hüquqları kobud şəkildə pozulub. Milyondan artıq insan öz ata yurdundan didərgin düşərək 30 ilə yaxın məcburi köşkün həyatı yaşmaqdadır.  Bu müddət ərzində biz bir dəfə də olsun ki, nə AŞPA-nın, nə Aİ-nin, nə də Avropa Parlamentinin Ermənistanın bəşəri cinayətlərinə qarşı sərt reaksiyasının şahidi olmadıq. Halbuki, həmin təşkilatlaırn Ermənistan ən sərt sanksiyaalr tətbqi etmək üçün əllərində yetərincə faktlar olub. Amma bunu etməyiblər. Əksinə, Ermənistana dəstək verib, onun işğlaçılıq siyasətini himayə ediblər. Lakin  Azərbaycan 2020-ci ildə təkbaşına İkinci Qarabağ müharibəsi nəticəsində beynəlxalq hüququ və ədaləti, o cümlədən Ermənistan üzərində qələbə çalışb öz ərazi bütövlüyünü təmin etməsindən sonra Qərb ölkələri öz əsl simalaırnı gösətərərək ölkəmizə qarşı açıq  təzyiq kampaniyasına şahidlik etməkdəyik. Bununda başında Fransa dayanır.  

Bütün beynəlxalq platformalarda can-fəşanlıq edən Fransa  Azərbaycana məğlub olmasına baxmayaraq, həyasızcasına bu çirkin niyyətini davam etdirməkdədir.  O bu dəfə Almaniyanın dsətəyi ilə AŞPA-da ölkəmizə qarşı çirkin bir planı reallaşdırıb. Bu plan əvvəlcədən hazırlanaraq həyata keçirilib. Təbii ki, bütün bunlatr təsadüfi deyil. Müəyyən çirkin oyunlara xidmət edir. Onlar Cənubi Qafqazda bu çirkin oyunlarına və planlarına  Ermənistanı da şərik ediblər.  Lakin Ermənistan hələ də yaxın tarixin acı nəticəsindən dərs çıxarmaq istəmir.  İstər İkinci Qarabağ müharibəsi, istərsə də ondan sonrakı dövrdə Ermənistanın havadarlaır ona heç bir dəstək göstərə bilmədi, əksinə bundan  hər dəfəsində itirən Ermənistan oldu. Çünki həmin güclərin niyyəti heç də Ermənistana  yardım etmək yox, onlardan bir alət kimi istifadə etmək olub.  İndi də Fransa Almaniya ilə tandem oyun təşkil edərək AŞPA-dan  və Ermənistandan bir vasitə kimi istifadə etməklə  məkrli planlaırnı reallaşdırmaq istəyir. Amma  sonucda bunlaırn heç bir nəticəsi olmayacaq. 

Azərbaycan öz yolunu müəyyən edib və bu yolla irəliləməkdədir. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz. Azərbaycanın güclü, qətiyyətli, uzaqgörən lideri var və xalq da onun ətrafında sıx birləşib, ona inanır. Bu birlik nəticəsində ölkəmizə qarşı qurulan çirkin oyunlar pozulcaq və qarşı tərəf məğlubiyyətə uğradılacaq. öz oyunlaırnın qurbanına çevriləcəklər.

Bu gün Azərbaycanın əsas hədəfi Cənubi Qafqazda dayanıqlı sülhə nail olmaqdır və buna da  nail olacaq. Kimsə buna şübhə etməsin".

Avropa.info


Oxunma sayı: 19295

Oxşar yazılar