Türk dünyasının birliyi əsas çağırışlardandır

  • 14:30 - 14 Dekabr

Dünya Azərbaycan-Türkiyə münasibətlərinin fonunda türk dünyasının  birliyinin, həmrəyliyinin şahidinə çevrilib. Bu çağırış dövlətimizin siyasətində xüsusi yer tutur ki, biz birlikdə güclüyük. Dövlət başçısı İlham Əliyev türk dünyasını böyük ailə kimi dəyərləndirir. Təbii ki, bu ailənin daha da möhkəmləndirilməsində  Azərbaycan və Türkiyənin rolu xüsusi qeyd edilir.  44 günlük İkinci Qarabağ müharibəsi bu birliyin  dünyaya təqdimatında əhəmiyyətli rol oynadı. Qardaş Türkiyənin müharibənin başlandığı andan sonadək Azərbaycanın yanında olması, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil” çağırışı dünyaya mesaj oldu. 

 İnkişafa Doğru İnteqrasiya İctimai Birliyi türk dünyasının birliyinə Azərbaycanın töhfələrinin təcəssümü olan bu mühüm hadisəyə - Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin təqdim edilməsinə münasibətində bildirib.

Vurğulanıb ki, 2021-ci ilin 12 noyabr tarixində İstanbulda keçirilənTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Ali Orden dövlətimizin başçısı İlham ƏliyevəTürkiyə  Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim edildi. Qardaş ölkənin Prezidenti Ali Ordeni təqdim edərkən bu mühüm məqamı diqqətə çatdırdı ki, Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirmişdir. Qarabağın azadlığının rəmzi olan “Xarıbülbül” türk dünyası üçün Zəfərin müjdəçisi olmuşdur. Qarabağ Zəfəri ilə təkcə işğal altındakı torpaqlar azad edilməyib, eyni zamanda, bölgəmizdə həsrətini çəkdiyimiz davamlı sülh, sabitlik və əməkdaşlığa gedən yolun da önü açılıb.

“Azərbaycanın türk dünyasının birliyinə töhfələri davamlıdır. Ümummilli Lider Heydər Əliyev bu birliyin gələcəyinə  inamını ifadə edərək bildirmişdir ki, türk dünyası bəşər sivilizasiyasına yeni misilsiz nümunələr vermək iqtidarındadır.  İqtisadi, siyasi və mədəni həyatın sıx telləri ilə birləşməyə başlamış türk xalqları yeni dünyanın mühüm amillərindən birinə çevrilməkdədir. Ulu Öndərin türk dünyasının  yüksəlişi strategiyasını Prezident İlham Əliyev uğurla davam etdirir. Türk dövlətləri arasındakı qarşılıqlı əlaqələrin genişləndirilməsi, türk dünyasının müasir dünyada özünəməxsus yerini tutması istiqamətində mühüm addımlar atılır. Türk Dövlətləri Təşkilatının Azərbaycanın sədrliyi dövründə beynəlxalq nüfuzunun artması deyilənlərə əyani sübutdur. Baxmayaraq ki, Azərbaycanın quruma sədrliyi pandemiyaya qarşı mübarizə tədbirlərinin gücləndirildiyi, ölkəmizin 44 günlük İkinci Qarabağ müharibəsini yaşadığı və ondan sonra  bərpa-quruculuq işlərinə start verdiyi zamana təsadüf edir, Prezident İlham Əliyev türk dünyasının birliyini həyata keçirdiyi siyasətin əsas tərkib hissəsi kimi diqqətdə saxladı. Dövlət başçısının Türk Dünyasının Ali Ordeninə layiq görülməsi bu yönümdə xidmətlərinin təqdimatı oldu”. 

Bu fikirlər də  İnkişafa Doğru İnteqrasiya İctimai Birliyinin münasibətində qeyd olunub.

Avropa.info


Oxunma sayı: 27611

Oxşar yazılar