İşğaldan azad edilmiş ərazilərimiz Azərbaycanın müasir şəhərsalma təcrübəsini dünyaya təqdim edir

  • 14:26 - 07 Oktyabr

5 oktyabr 2022-ci il tarixdə  BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu keçirildi.  44 ölkədən 130-dan çox nümayəndənin, ümumilikdə isə 400 nəfərdən çox insanın qatıldığı Azərbaycan Milli Şəhərsalma Forumu şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkan yaradacaq və şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi,  müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynayacaq.

Avropa.info xəbər verir ki, bu fikirlər İnkişafa Doğru İnteqrasiya İctimai Birliyinin Azərbaycanın müasir şəhərsalma təcrübəsini dünyaya təqdim edən, Ağdamda keçirilən Milli Şəhərsalma Forumu ilə bağlı münasibətində əksini tapıb.

Qeyd edilib ki, ölkəmizin işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirdiyi “ağıllı şəhər” və “ağıllı kənd” layihələri dünyanın diqqətindədir. Bu torpaqlarda müasir dövrün tələblərinə uyğun olaraq genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, təkmil idarəçilik təcrübəsi tətbiq edilir. Bütün şəhərlər və kəndlər Baş plan əsasında yenidən qurulur.  Ölkəmizdə ilk dəfə məhz Ağdam şəhərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından da nadir və uğurlu platformadır. Tədbirin məhz Ağdamda keçirilməsi özündə bir çox məqamları ehtiva edir. Ağdam ilk “ağıllı şəhər” olacaq. Ümumilikdə dünya  bu şəhərin timsalında  erməni vəhşiliklərini daha aydın şəkildə görür.  

Prezident İlham Əliyev Forumdakı çıxışında bu məqamı xüsusi qeyd etmişdir ki, Sovet İttifaqının vaxtında Ağdam Qarabağda ən böyük, həyatla coşub-daşan şəhər idi və Azərbaycanda hər kəs bunu bilir. Əraziləri işğaldan azad etdikdən sonra xarici ekspertlər, jurnalistlər buraya gəldilər və Ağdama bir neçə ad verdilər. Bu adlardan biri “urbisid qurbanı”, digərləri isə  “ruhlar şəhəri” və “Qafqazın Xirosiması”dır. Lakin Xirosimadan fərqli olaraq, dağıntılar atom bombasının partlaması nəticəsində baş verməmişdir. Bu, qonşularımızın vandalizmi və barbarlığı nəticəsində olmuşdur. Lakin indi  biz güc yolu ilə, beynəlxalq hüquq normalarından istifadə edərək  burada əbədi yaşamağa geri qayıtdıq.

Avropa.info

 


Oxunma sayı: 25708

Oxşar yazılar