Türkiyə XİN-dən İsrailin qondarma "erməni soyqırımı" iddialarına CAVAB

  • 22:21 - 12 Yanvar

“İsrailin hərbi cinayətlərinin soyqırım səviyyəsinə çatması ilə bağlı xəbərlərdən çox narahatıq”.

Avropa.info xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Öncü Keceli deyib. 

Öncü Keçəli İsrailin xarici işlər naziri İsrael Katzın qondarma "erməni soyqırımı" iddiası ilə bağlı deyib ki, "İsrail hökuməti üzvlərinin diqqəti törətdikləri cinayətlərdən yayındırmaq üçün göstərdikləri səylər nəticə verməyəcək". “Biz İsrail tərəfindən törədilən hərbi cinayətlərin soyqırım həddinə çatması ilə bağlı məlumatdan son dərəcə narahatıq və İsrailin 1948-ci il Soyqırım Konvensiyasını pozması ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsindəki dinləmələri diqqətlə izləyirik”, - deyə o bildirib. 

“İsrail işğalı, ekspansionist zehniyyət və insan haqlarını, beynəlxalq hüquq və əxlaqi prinsipləri tamamilə göz ardı edən İsrail hərəkətləri Qəzzada fəlakətli vəziyyətin əsl səbəbidir”, - diplomat vurğulayıb. 

Onun sözlərinə görə, İsrail hakimiyyətinin “diqqəti törətdikləri vəhşiliklərdən yayındırmaq cəhdləri heç bir nəticə verməyəcək”.

Qeyd edək ki, İsrailin xarici işlər naziri Katz İsrailin soyqırım ittihamı ilə məhkum ediləcəyinə inandığını deyən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana “Erməniləri və kürdləri xatırlayırıq” deyərək cavab verib. 

İsrailin xarici işlər naziri İsrael Katz X sosial media hesabında bunları yazıb: 

"Erməni soyqırımı tarixi olan Türkiyə prezidenti Ərdoğan indi İsraili hədəf alan əsassız iddialarla öyünür. Biz erməniləri və kürdləri xatırlayırıq. Tarixiniz öz sözünü deyir. İsrail sizin barbar müttəfiqlərinizə qarşı məhv olmaq yolunda deyil, müdafiədədir".

Avropa.info


Oxunma sayı: 30108

Oxşar yazılar