Azərbaycan XİN səfirliklərdə Prezident seçkilərinə hazırlıqla bağlı görülən işləri AÇIQLADI

  • 22:12 - 12 Yanvar

Azərbaycan Xarici İşlər Nazirliyi fevralın 7-nə təyin olunmuş növbədənkənar Prezident seçkilərində ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan vətəndaşların seçki hüququnun təmin edilməsi məqsədilə müvafiq tədbirlər görür.

Bu barədə Avropa.info-ya XİN-dən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqları ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan 18 yaşına çatmış vətəndaşlardan ibarət seçici siyahılarını hazırlayaraq Mərkəzi Seçki Komissiyasına təqdim ediblər.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən konsul qeydiyyatına durmuş seçicilərin sayı 50-dən artıq olan diplomatik nümayəndəlik və konsulluqlarda səsvermə həyata keçiriləcək. MSK-ya təqdim edilmiş məlumatlar əsasında seçkilərin ölkə hüdudlarından kənarda təşkili məqsədilə ümumilikdə 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb.

Ölkələrin yerli saat qurşaqlarına uyğun olaraq saat 08:00-19:00 aralığında seçki məntəqələri yaradılmış diplomatik missiyalarında keçiriləcək növbədənkənar Prezident seçkiləri Azərbaycanın Çindəki səfirliyindən başlayaraq ABŞ-nin Los Anceles şəhərindəki Baş Konsulluqda tamamlanacaq.


Oxunma sayı: 17139

Oxşar yazılar