Ailələrdə intihar, zorakılıq və qətl: "Təmiz dünya" yeni hesabat yaydı

  • 13:34 - 09 Yanvar

“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyi 2023-cü ildə Azərbaycan Respublikasında   ailədaxili zorakılıq faktlarının elektron KİV-də monitorinqinin nəticələrini açıqlayıb.

Avropa.info xəbər verir ki, təşkilat hər il olduğu kimi 2023-cü ilin yanvar ayından başlayaraq elektron KİV-də ailədə qadınlara qarşı zorakılıq faktlarına dair yazıların monitorinqini həyata keçirir. Monitorinq zamanı  əsasən cinayət xronikasında dərc edilmiş məlumatlar toplanır və sonradan həmin məlumatlar üzərə təhlil aparılır.

1995-ci il Azərbaycan qadınları  üçün əlamətdar olub. Həmin il mərhum ümummilli lider Heydər Əliyevin fərmanı ilə Azərbaycan “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi” Konvensiyasına qoşulub.

Qadınların problemlərini dövlət səviyyəsində həll etmək məqsədi ilə  xüsusi fərmanla 1988-ci il yanvarın 14-də Azərbaycanda Qadın Probləmləri üzrə Dövlət Komitəsini yaratdı. 2000-ci il martın 6-da Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Dövlət Qadın Siyasətinin həyata keçirilməsi haqqında” fərman dövlət qadın siyasətinin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi üçün əvəzedilməz bir sənəd oldu.

10 oktyabr 2006- cı ildə “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” Qanun  ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanaraq təsdiq edildi.

28 iyun 2005- ci ildə “İnsan alverinə qarşı mübarizə haqqında” Qanun təsdiq edildi.

22 iyun 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun təsdiqləndi.

30 dekabr 1999-cu ildə təsdiq edilmiş Cinayət Məcəlləsinin 154 maddəsi bərabərlik hüququnu pozma genderəsaslı zorakılığın və digər ayrı seçkilik formalarının tətbiqinə görə cinayət məsuliyyəti yaradır.

Qadınlara qarşı zorakılıq (QZ) problemi aktual problem olaraq qalır. Ölkə mətbuatında işıqlandırlan cinayət xronikasına nəzər salsaq  məişət zorakılığı probleminin öz aktuallığını itirmədiyini müəyyən etmək olur.

Aparılan monitorinq zamanı, əldə edilən məlumatlar məişət zorakılığının yalnız bir forması üzrə, yəni fiziki zorarakılıq formasını əhatə edə bilib.

Məişət zorakılığının digər formaları (psixoloji, iqtisadi, cinsi)  haqqında məlumat əldə etmək mümkün olmayıb. O cümlədəm erkən nikahla bağlı məlumatlar  dolğun əks edilməyib.

2020-ci ildə, 165 nəfər 15 yaşınadək qızın nikahı icra hakimiyyətləri tərəfindən qeydə alınıb.

2020-ci ildə 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı 1917 nəfər təşkil edib. 2019-cu ildə isə bu rəqəm 2320 olub.

2022-ci il Azərbaycanda yaşı 18-ə çatmayan şəxslər tərəfindən doğulan uşaqların sayı 2011 nəfər təşkil edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 361 uşaq çoxdur.

2022- ci ildə yaşı 18 olmayan və nikaha girən qızların sayı 270 nəfər olub.

2021-ci ildə isə bu say 137 nəfər təşkil edib.

2021-ci ildə məişət zorakılığı nəticəsində 46 qadın qətl edilib.

Azərbaycanda qadın qətlləri daha çox ailədaxili münaqişələr zəminində baş verir. Statistika göstərir ki, ötən il məişət zorakılğı əvvəlki ilə nisbətən 18,2% artıb. Bu zaman zərərçəkənlərin 78,5%-i qadınlar olub, 46 qadın məişət zorakılığı nəticəsində həyatını itirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatında qyed edilir ki, hesabat ili ərzində qeydə alınmış cinayət hadisələri üzrə 25 449 zərərçəkmiş şəxsin 7 455-i qadın olub. Zərərçəkmiş qadınlardan 2 945-i xəsarət alıb, 309-u (onlardan 24-ü yetkinlik yaşına çatmayan) isə ölüb.

Vurğulanıb ki, 2022-ci ildə 15 qadının (1 nəfər 14 yaşına çatmamış, 2 nəfər 14-18 yaş aralığı, 12 nəfər 18 yaşdan yuxarı) cinsi zorakılığa məruz qalması ilə bağlı başlanılmış 14 cinayət işi üzrə istintaq aparılaraq təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin edilib.

2022-ci il ərzində Daxili İşlər Nazirliyinə məişət zorakılığı ilə bağlı 9 864 müraciət daxil olub. Məişət zorakılığı halları ilə bağlı qeydə alınmış cinayətlərin ümumi sayı 1 175 (2021-ci ildə 1 196), xəsarət alan qadınların sayı 1 132 (2021-ci ildə 1 150), ailə-məişət münaqişələri və qısqanclıq zəmnində qadınlara qarşı törədilmiş ölümlə nəticələnən cinayət hadisələrinin sayı 51 (2021-ci ildə 46) olub (onlardan 2-i yetkinlik yaşına çatmayan şəxsdir). 2021-ci illə müqayisədə məişət zorakılığı zəminindəki cinayətlərdə azalma müşahidə olunur

2023-cü il üzrə elektron KİV-in monitorinqinin nəticələrinə görə, məişət zorakılığının fiziki zorakılıq forması ilə üzləşmiş şəxslərin ümumi sayı 225 nəfər olub.

Cədvəl 1. Ümumi məlumat

Cins üzrəHadisələrin sayıÖlənlərÖlümə qəsd
qadınlar1506387
Kişilər712942
uşaqlar431
CƏMİ22595130

Əldə edilən məlumatlara əsasın müəyyən edilib ki, baş verən cinayət hadisələri məişət zorakılığının nəticəsidir. Məişət zorakılığının fiziki zorakılıq forması üzrə ümumilikdə 225 nəfər zərərçəkib. Onlardan:

  • 67%(150 nəfər) qadın;
  • 31%(71 nəfəri) kişi;
  • 2%(4 nəfəri) uşaq olub.

Fiziki zorakılığın ölümlə nəticələnməsinə görə:

66.3% (63 nəfər) qadın:

30.5% (29 nəfər) kişi;

3.15% (3 nəfər) uşaq olub.

66.9% (87 nəfər) qadın;

32.3 % (42 nəfər) kişi;

0.76% (1 nəfər) uşaq olub.

Cədvəl 2. Yaş həddi

QadınlarKişilər
Yaş həddiÖlümÖlümə qəsdYaş həddiÖlümÖlümə qəsd
0 yaş -18 yaş310 yaş -18 yaş  
18 yaş -25 yaş111418 yaş -25 yaş34
25 yaş -35 yaş151925 yaş -35 yaş19
35 yaş -45 yaş171735 yaş -45 yaş610
45 yaş -55 yaş6645 yaş -55 yaş22
55 yaşdan yuxarı8955 yaşdan yuxarı32
Qeyd yoxdur622Qeyd yoxdur715
Cəmi6688 2942

Qətl edilmiş qadınların yaş götəricilərinə görə:

0-18 yaşa qədər - 4.5% ( 3 nəfər) uşaq;

18-25 yaş - 16.6% (11 qadın)

25-35 yaş- 22.7% (15 qadın)

35-45 yaş -25.7% (17 qadın)

45-55 yaş-9% (6  qadın)

55 ya və yuxarı -12.1% (8 qadın)

Yaşı qeyd edilməyənlər -9% ( 6 qadın).

Hesablamalar göstərir ki,  qətl edilmiş qadınların 74.2 % reproduktiv yaş həddində olanlardır. 18-45 yaş arası olanlar  yüksək göstərici ilə 65.1% (43 nəfər)  risk qrupuna aiddirlər.

Ölümə qəsd, ağır xəsarətlə müşahidə edilən fiziki zorakılıq üzrə göstəricilərdə qadınların yaş əmsalı aşağıdakı kimidir:

0-18 yaş –1.1%  (1 nəfər)

18-25 yaş-  15.9% (14 nəfər)

25-35 yaş-21.5%  (19 nəfər)

35-45 yaş-19.3% (17 nəfər)

45-55 yaş -6.8%  (6 nəfər)

55 yaşdan yuxarı-10.2% (9 nəfər)

Yaşı qeyd edilməyənlər- 25% (22 nəfər) təşkil edib.

Rəqəmlərə nəzər saldıqda qətl edilmiş və ağır fiziki xəsarət almış qadınların  əsas faizi 56.8% (50 nəfər) təşkil edən 18-45 yaş həddində olanlardır.

Kişilərə qarşı məişət zorakılığı zəminində baş vermiş qətl hadisələri üzrə görstəricilər :

  • 0 yaş -18 yaş –(0 nəfər)
  • 18 yaş -25 yaş-10.3%  (3 nəfər)
  • 25 yaş -35 yaş- 3.4% (1 nəfər)
  • 35 yaş -45 yaş- 20.6% (6 nəfər)
  • 45 yaş -55 yaş – 6.8% (2 nəfər)
  • 55 yaş  və yuxarı- 10.3% (3 nəfər)
  • Yaş qeyd olunmayıb – 24.1% (7 nəfər)

Aparılan təhlil göstərir ki, ən yüksək hədd 35-45 yaşda (6 nəfər) olanlardır. O cümlədən, 18-25 yaş və 55 yaşdan yuxarı olanlar da  bu qabildən olanlardır.
Araşdırmalar göstərir ki, qətlə yetirilən kişilərdən 3 nəfəri (10.7%) qadın tərəfdən qətlə yetirilib. Onlardan ikisi həyat yoldaşı, biri isə, qızı tərəfdən öldürülüb.

Ölümə qəsd, ağır xəsarətlə müşahidə edilən fiziki zorakılıq üzrə göstəricilərdə kişilərin yaş əmsalı aşağıdakı kimidir:

0 yaş -18 yaş -  (0 nəfər)

18 yaş -25 yaş – 9.5% (4 nəfər)

25 yaş -35 yaş- 21.4% (9 nəfər)

35 yaş -45 yaş- 23.8% (10 nəfər)

45 yaş -55 yaş- 4.7% (2 nəfər)

55 yaş  və yuxarı – 4.7% (2 nəfər)

Yaş qeyd olunmayıb – 35.7% (15 nəfər).

Ağır xəsarət alan kişilərin 7 nəfəri yoldaşı, 4 nəfəri  qeyri-rəsmi münasibətdə olduğu qadınlar tərəfindən, 2 nəfər (1 ögey və1 doğma)  qızı tərəfindən xəsarət yetirilib.

Cədvəl 3. Fiziki zorakılığın tətbiqi üsulları

 QadınlarKişilər
 ÖlümQəsdÖlümQəsd
Kəsicialət53632339
Odlusilah2 21
Döyülmə22031
Boğaraq811 
Kütalət1   
Zorlama,kəsici alət1  1
Avtomobil    
Hündürlükdən atma 1  
Qaynar su 3  

Qadınlara qarşı fiziki zorakılığın tətbiqi zamanı, istifadə  edilən və  daha çox üstünlük təşkil edən vasitə kəsici alətlərin (80.3%)olduğu müəyyən edildi. Fiziki zərər, qorxu, ağrı, zədə, digər fiziki əzab və ya bədən xəsarəti yetirmək məqsədi ilə qurbana birbaşa və ya dolayı təsir göstərmək. Məcburi nəzarət kontekstində fiziki zorakılıq qurban üzərində nəzarətdir. Münasibətlərdə fiziki zorakılığın dinamikası çox vaxt mürəkkəbdir. Fiziki zorakılıq təhdid, hədə-qorxu və təcrid, manipulyasiya və şəxsi azadlığa digər məhdudiyyətlər vasitəsilə qurbana təsir vasitəsi kimi digər sərt və ya təhqiramiz davranışların kulminasiyası hesab edilir.

Hazırda dünyanın bir çox ölkələrində məişət zorakılığı kontekstində boğmaqla (bizim monitorinqdə aşkarlanan -12.1%)  bağlı  böyük diqqət yetirilir. Məişət zorakılığının ən ölümcül formalarından biri kimi tanınır; lakin xarici travmanın olmaması, eləcə də bu sahədə sosial şüurun və tibbi təlimatların olmaması səbəbindən boğulma çox vaxt latent olaraq qalır.

Ağır bədən xəsarəti ilə müşahidə edilən fiziki zorakılıq(71.5%) zamanı da istifadə edilən vasitə kəsici alətlərin olması müəyyən edildi. Fiziki zorakılığın ölümlə nəticələnməyən digər forması döyülmə (22.7%) təşkil edib.

Qaynar su ilə yandırmaya (4.5%) cəhd əksər vaxt ölümlə nəticələnməsə də lakin, qadının üz, bədən hissələrinin eybəcər hala salınmasına təsir göstərir. Əksər vaxt qaynar su qələvi turşulardan istifadəsi tətbiq olunur və daha çox, qadının üz və gözlərinin yandırılması, şikəstliklə nəticələnir.

Odlu silah vasitəsilə qətl də fiziki zorakılığa şamil edilir. Müsbət haldır ki, başqa ölkələrə nisbətdə, bizim ölkədə bu fakt (3%) olduqca aşağı göstəricidir.

Kişilər arasında məişət zorakılığı zəminində  silahla qətl (3%) aşağı göstərici ilə diqqəti cəlb edir. Lakin kəsici alətlərdən istifadə etməklə qətl (79.3%)və ya qətlə qəsd (92.8%) olub.

 Cədvəl 4. Aylar üzrə göstəricilər

AylarQadınlaraylarKişilər
Öldürmə hallarıÖlümə qəsdÖldürmə hallarıÖlümə qəsd
yanvar515yanvar34
fevral1014fevral24
mart73mart26
aprel110aprel11
may88may42
iyun63iyun44
iyul69iyul48
avqust55avqust35
sentyabr47sentyabr 3
oktyabr68oktyabr22
noyabr54noyabr1 
dekabr32dekabr33
Cəmi6688 2942

Aylar üzrə göstəricilərə görə,  məişət zorakılığı qurbanı olan qadınlar üçün bütün aylarda təhlükə var. İlin birinci altı ayı yüksək həddir. Belə ki,

Yanvar ayı üzrə – 7.5 % qətl, 17% ölümə qəsd;

Fevral ayı üzrə  - 15.1% qətl, 15.9% ölümə qəsd;

Mart ayı üzrə -10.6% qətl, 3.4% ölümə qəsd;

Aprel ayı üzrə -1.5% qətl, 11.3% ölümə qəsd;

May ayı üzrə -12.1% qətl, 9% ölümə qəsd;

İyun ayır üzrə -9.% qətl, 3.4% ölümə qəsd;

İyul ayı üzrə -9% qətl, 10.2% ölümə qəsd;

Avqust ayı üzrə - 7.5%qətl, 10.2% ölümə qəsd;

Sentyabr ayı üzrə-6%, qətl, 7.9% ölümə qəsd;

Oktyabr ayı üzrə- 9% qətl, 9.% ölümə qəsd;

Noyabr ayı üzrə -7.5% qətl, 4.5% ölümə qəsd,

Dekabr ayı üzrə  -4.5% qətl, 2.2% ölümə qəsd baş verib.

Aylar üzrə göstəricilərə görə,  məişət zorakılığı qurbanı olan kişilər  üçün vəziyyət qismən fərqlidir. Belə ki, aparılan araşdırma göstərir ki:

Yanvar ayı üzrə – 10.3 % qətl, 9.5% ölümə qəsd;

Fevral ayı üzrə  - 6.8 % qətl, 9.5% ölümə qəsd;

Mart ayı üzrə -6.8  % qətl, 14.2 % ölümə qəsd;

Aprel ayı üzrə -1.5% qətl, 2 .3% ölümə qəsd;

May ayı üzrə -13.7 % qətl, 4.7 % ölümə qəsd;

İyun ayır üzrə -13.7 % qətl, 9.5% ölümə qəsd;

İyul ayı üzrə -13.7 % qətl, 19 % ölümə qəsd;

Avqust ayı üzrə - 10.3 %qətl, 11.9 % ölümə qəsd;

Sentyabr ayı üzrə- 0 %, qətl, 7.1% ölümə qəsd;

Oktyabr ayı üzrə- 6.8 % qətl, 4.7 % ölümə qəsd;

Noyabr ayı üzrə -3.4 % qətl, 0 % ölümə qəsd,

Dekabr ayı üzrə  -10.3 % qətl, 7.1%  % ölümə qəsd baş verib.

Kişilər arasında qətllərin yüksək həddi may, iyun, iyul aylarına təsadüf edir, ağır bədən xəsarəti alan kişilər, mart, iyun, iyul, avqust, sentybar ayına təsadüf edir.

Cədvəl 5. Zorakılıq tətbiq edən şəxslərin qohumluq münasibəti

QadınlarKişilər
Qohumluq münasibətləriölümÖlümə qəsdQohumluq münasibətləriölümÖlümə qəsd
Yoldaşı3249Oğul93
Qardaşı101Qohumu1017
Oğlu67Yoldaşı27
Qeyrirəsmi813Qardaş34
Keçmişyoldaşı36Qızı1 
Qohum49Nəvə1 
Ata23Sevgilisinin qohumları11
Anasının sevgilisi1 Ögey övlad11
   Valideyn14
   Qeyri rəsmi 4
   Ananın qeyri-rəsmi münasibətdə oldugu şəxs 1
Cəmi6688 2942

Cədvəldən göründüyü kimi, qadın qətlləri (32 hal)  və sağlamlığa ağır xəsarət yetirmə (49 hal) ilə müşahidə edilən fiziki zorakılıq faktı üzrə  cinayəti törədənlər,əsasən  qadınların həyat yoldaşı olmaqla birincilikdə dayanır.

Eləcə də qeyri-rəsmi nikahla birgə yaşayanlar arasında qədın qətilləri (8 hal), sağlamlığa ağır xəsarət yetirmə (13 hal) ilə müşahidə edilən fiziki zorakılıq faktı ikinci yerdə dayanır.

Üçüncü yerdə qardaşaları tərəfindən qətlə yetirilənlər dayanır. Belə ki, 10 hal qətl, 1-hal üzrə isə sağlamlığa ağır xəsarətlə diqqəti cəlb edir.

Dördüncü yerdə oğlu  (6 hal) və keçmiş həyat yoldaşı (3 hal) qətlə yetirmə faktı müəyyən edilib.  Sağlamlığa ağır xəsarətlə oğlu tərəfdən (7 hal), keçmiş həyat yoldaşı tərəfdən isə (6 hal) müəyyən edilib.

Kişilər arasında məişət zorakılığı zəminində qətllərdə birinci yerdə qohumalar dayanır. Belə ki, 10 qətl, 17 sağlamlığa ağır xəsarət faktları müəyyən edilib.

Kişilərə qarşı məişət zorakılığı zəminində qətllərin  3 hal, qadınlar tərəfdən  baş verərək, qətlə yetiriliblər. Onlardan ikisi həyat yoldaşı, biri isə, qızı tərəfdən öldürülüb.

Ağır xəsarət alan kişilərin, 7 nəfəri yoldaşı tərəfindən, 4 nəfəri  qeyri-rəsmi münasibətdə olduğu qadınlar tərəfindən, 2 nəfər (1 ögey və1 doğma)  qızı tərəfindən xəsarət yetirilib

Qadınlar tərəfindən törədilən, məişət zorakılığının formalarından biri olan,  fiziki zorakılıq forması ilə üzləşən kişilərin sayı  13 nəfəri təşkil etmişdir.

Cədvəl 6.  İntihar halları ilə bağlı göstəricilər

QadınlarKişilər
    
69198
    

Əvvəlki illərlə müqayisədə intihar hallarının sayında azalamlar müaşidə edilir. Belə ki, əvvəlki illərdə hətta qadınalrın intihar hallarının, kişi intiharalrından daha çox olduğu faktlar mövcud idi. Cədvəldən göründüyü kimi, hazırda, qadın intiharları 22 %,  kişi intiharları isə 71%-i təşkil edir. O cümlədən uşaq intiharları üzrə də göstəricilərin azalması faktı diqqəti cəlb edir. Təəssüf ki, hələ də uşaq intiharları ilə bağlı rəqəm az da olsa (7%) var.

Uşaq intiharları ilə bağlı cəmiyyətdə son illər narahatçılıq hökm sürürdü. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin araşdırmasına görə, 2008-ci ildə 58, 2009-cu ildə 54, 2010-cu ildə 51, 2011-ci ildə 28, 2012-ci ildə 60, 2013-cü ildə isə 71, 2014-cü ildə isə 50 uşaq intihar edib.

Digər bir mənbədə, 2016-cı ildə Səhiyyə Nazirliyi tərəfindən keçirilən dəyirmi masada qeyd edilib ki, Azərbaycanda hər iki cinsdən olan şəxslərin intihar halları cüzi də olsa artıb. Belə ki, 2013-cü ildə bu göstərici 415 idisə, 2015-ci ildə bu rəqəm 535 nəfər olub. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatında,  intihar edən şəxslərdən 457-i kişi, 152-i qadın, o cümlədən 42-nəfər yetkinlik yaşına çatmayan şəxslər oluduğu qeyd edilib.

Cədvəl 7. Yaş həddi

Yaş həddiQadınlarKişilər
0 yaş -18  yaş108
18 yaş -25 yaş1128
25 yaş -35 yaş843
35 yaş -45 yaş1238
45 yaş -55 yaş217
55 yaş2048
Qeyd yoxdur616
Cəmi69198

Cədvəl 9. Ərazi üzrə bölgü

Ən cox hadisə olan şəhərlər

QadınlarKişilər
ÖlümÖlümə qəsd

İntihar

 

Öldürmə hallarıÖlümə qəsdİntihar
Bakı-18Bakı-37Bakı-26Bakı-10Bakı-15Bakı-58
Abşeron-6Gəncə-7Sumqayıt -5Biləsuvar-3Gədəbəy-3Quba-9
Gəncə-4Abşeron-3Neftçala-4Sumqayit-2Abşeron-3Xaçmaz-8
   Şəki-2  

 

ƏraziQadınlarKişilər
QətlQəsdQətlQəsd
Bakı iqtisadirayonu (Bakı şəhəri)20401015
Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları)21 1
Abşeron–Xızı iqtisadi rayonu (Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları)10444
Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları12 1
Gəncə–Daşkəsən iqtisadi rayonu (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları);610 5
Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları);6312
Qazax–Tovuz iqtisadi rayonu (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları);2514
Quba–Xaçmaz iqtisadi rayonu (Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonları);26 1
Lənkəran–Astara iqtisadi rayonu  (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonları7312
Mərkəzi Aran iqtisadi rayonu (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlaxvə Zərdab rayonları);6221
Mil–Muğan iqtisadi rayonu (Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları);1522
Şəki–Zaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, Şəkivə Zaqatala rayonları);2643
Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçınvə Zəngilan rayonları);    
Şirvan–Salyan iqtisadi rayonu (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçalavə Salyan rayonları)1141
CƏMİ66882942

 

Əraziİntihar
QadınlarKişilər
Bakı iqtisadi rayonu (Bakı şəhəri)2658
Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları)06
Abşeron–Xızı iqtisadi rayonu (Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları)69
Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları19
Gəncə–Daşkəsən iqtisadi rayonu (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları);416
Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, ŞuşavəTərtər rayonları);44
Qazax–Tovuz iqtisadi rayonu (Ağstafa, Gədəbəy, Qazax, ŞəmkirvəTovuz rayonları);310
Quba–Xaçmaz iqtisadi rayonu (Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonları);521
Lənkəran–Astara iqtisadi rayonu  (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonları316
Mərkəzi Aran iqtisadi rayonu (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları);615
Mil–Muğan iqtisadi rayonu (Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları);49
Şəki–Zaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları);313
Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları);01
Şirvan–Salyan iqtisadi rayonu (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları)411
Cəmi69198

Cədvəldən göründüyü kimi, qadınlarla bağlı qətllər, fiziki zorakılığın ağır forması olan, xəsarətlər, o cümlədən intihatlar daha çox Bakının payına düşür.

Kişilərlə bağlı olan faktlarda da qətllər, ağır bədən xəsarəi və intiharlarla bağlı göstəricilərdə  Bakı birincilikdədir.  Məişət zorakılığının böyük şəhərlərdə baş verməsi dünyanın inkişaf ölkələrində qeyd edilən tendensiyadır.

Aparılan təhlilin bir məqsədi də məişət zorakılığın formaları, yaş  göstəriciləri, hadisə baş verərkən tətbiq edilən metodlar, o cümlədən ərazilər qeyd edilən bütün göstəricilər məhz gələcəkdə, məişət zorakılığı ilə mübarizədə hazırlanan yeni normativ hüquqi aktlar, yaxud mövcud qanunvericiliyin təkmilləşdirilməsində öz töhfəsini verə bilər.

Eləcə də məişət zorakılığı ilə mübarizə mövzusunda təlimlərdə istifadə üçün yararlı olar.


Oxunma sayı: 18591

Oxşar yazılar