Musiqili Teatrın əməkdaşları Parisdə çıxış etdilər – FOTO

  • 22:37 - 23 Dekabr

Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Parisdə Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Avropa.info xəbər verir ki, tədbirdə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının baş baletmeysteri Əməkdar artist Emin Əliyev və baletmeysteri Kamilə Əliyeva da iştirak ediblər.

“Cəngi” (Ü.Hacıbəyli) sədaları altında səhnəyə çıxan balet ustaları digər klassik və milli rəqs kompozisiyalarını da təqdim ediblər.
“Heydər Əliyev İli” çərçivəsində həyata keçirilən bu layihədə iştirakından məmnunluğunu bildirən Əməkdar artist səfər təəssüratını bizimlə bölüşüb:

“Demək olar ki, indiyə qədər dünyanın 50-dən çox ölkəsində Azərbaycan mədəniyyətini böyük sevgi ilə təmsil etmişəm. Ulu öndərin 100 illiyinə həsr olunan gecəyə də tərəf-müqabilim, baletmeyster Kamilə Əliyeva ilə dəvət olunmuşdum və orada çıxışlarımız maraqla qarşılandı. İştirakımız üçün şərait yaradan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, Musiqili Teatrın rəhbərliyinə, ölkəmizin Fransadakı səfiri Leyla Abdullayevaya və tədbirin təşkilatçılarına dərin minnətdarlığımızı bildiririk. Fürsətdən istifadə edib, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə hər kəsi təbrik edirik”.

 

 

 

Avropa.info


Oxunma sayı: 20098

Oxşar yazılar