Deputat: "Azərbaycan yeni-yeni uğurlara imza atacaq"

  • 16:33 - 23 Dekabr

“Hər bir xalqın tarixində dönüş yaradan, dövləti və xalqı təhlükələrdən, problemlərdən. çətinliklərdən xilas edən, mənsub olduğu milləti qələbələrə aparan liderlər olub. Dünya tarixi də sübut edib ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Bu baxımdan Azərbaycan xalqının şansı gətirən xalqlarındandır. Masir Azərbaycan dövlətinin memarı, qurucusu, xilaskarı olan  Ulu Öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı  cənab Prezident  İlham Əliyev Azərbaycan xalqını üzləşdiyi çətinliklərdən, problemlərdən və məğlubiyyətlərdən  xilas edib qələblərə, zəfərlərə götürdü”.

Bunu Avropa.info-ya açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə  deyib.

Onun sözlərinə görə, cənab İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi 20 ildə xeyrimizə olmayan geosiyasi prosesləri xeyrimizə yönəltməyi bacaran lider oldu. “Bununla da Azərbaycanın  nəinki müstəqilliyini möhkəmlətdi, eyni zamanda ərazi bütövlüyünü və suverenliiyni bərpa edib dünyanın qalib dövlətinə çevridi.
Azərbaycan ötən 20 ildə   imza atdığı uğrular, qələblər, zəfərlər ancaq və ancaq cənab İlham Əliyevin güclü xarizmatik, fenomenal  liderlik qabliyyəti nəticəsində  mümkün olub. Məhz onun liderlik qabliyyəti nəticəsində  Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bildi. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, cənab Prezident dövlət maraqlarını, xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq və xalqımızın inkişafı ilə bağlı ən düzgün qərar verəcəkdir. Və belə də oldu. Bunun nəticəsidir ki, bu gün Azərbaycan xalqı dünyanın qalib xalq qürurunu daşıyır”, -o qeyd edib.

Deputat bildirib ki,  cənab İlham Əliyevin yürütdüyü siaysət nəticəsində Azərbaycan  dünyada güclü, qüdrətli iqtisadiyyata və orduya malik dövlət kimi tanınır: “Ötən 20 ildə Azərbaycan  hərtərəfli sıçrayışlı dövrünü yaşayıb.  Bu müddət ərzində ümumi daxili məhsul (ÜDM) 6,2 milyard ABŞ dollarından 78,7 milyard ABŞ dollarına çatıb, ÜDM-nin real həcmi 4 dəfə artıb;

Dövlət büdcəsinin xərcləri 30 dəfə artıb. Əgər 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, hazırda bu rəqəm 3500 manatdan çoxdur;
20 ildə ölkəmizdə dövlət büdcəsinin illik sosial müdafiə xərcləri 20 dəfədən çox artıb. Bu dövrdə minimum əməkhaqqı 38 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə, minimum pensiya 14 dəfə, orta aylıq pensiya 18 dəfə, yaşa görə orta aylıq pensiya 19 dəfə, əlilliyə görə pensiya 14 dəfə, ailə başçısını itirməyə görə pensiya 19 dəfə artıb. Pensiya üzrə ödənilən illik vəsait həmin dövrdə 30 dəfə artaraq 6 milyard manata çatıb.

Ölkənin xarici ticarət dövriyyəsi 3,8 milyard ABŞ dollarından 52,7 milyard ABŞ dollarına yüksəlib;

İxracın həcmi 2,2 milyard ABŞ dollarından 38,1 milyard ABŞ dollarına çatıb;

Qeyri-neft ixracı 0,26 milyard ABŞ dollarından 3,05 milyard ABŞ dollarına yüksəlib;

2003-2022-ci illər ərzində Azərbaycanda kənd təsərrüfatı 2,2 dəfə, nəqliyyat sektoru 4,9 dəfə, turizm və ictimai iaşə 18,9 dəfə, informasiya və rabitə sahəsi isə 23 dəfə artıb;

Xarici ticarətin profisiti 0,5 milyard ABŞ dollarından 23,6 milyard ABŞ dollarınadək artıb;

Strateji valyuta ehtiyatları 1,4 milyard ABŞ dollarından 66,1 milyard ABŞ dollarına yüksəlib;

İqtisadiyyata yönəldilən investisiyalar 2,8 milyard ABŞ dollarından 17,1 milyard ABŞ dollara qədər yüksəlib. 2003-2022-ci illərdə ölkə iqtisadiyyatına yatırılan ümumi investisiya həcmi 310,4 milyard dollar təşkil edib;

Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində müxtəlif sahələri əhatə edən layihələrin icrası məqsədilə dövlət büdcəsindən 12 milyard manatdan artıq vəsait ayrılmışdır”.

O əlavə edib ki, yürüdülən məqsədyönlü siyasət nəticəsində Azərbaycan enrji və logistik qovşağa malik ölkə kimi tanınır: “Ötən müddət ərzində ölkənin logistik potensialını artıran layihələr icra olunub və bu istiqamətdə işlər davam etməkdədir. Bununla da Azərbaycan bu gün Şəqr-Qər, Çimal-Cənub istiqamətdə mühüm logistik mərkəzə çevrilib. Azərbaycanın bu istiqamətdə rolu getdikcə də artmaqdadır. Azərbaycan  yürütdüyü siyasətlə Avrasiya coğrafiyasının logistik xəritəsini yenidən müəyyənləşdirməkdədir. 

İşğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları də həmin xəritənin tərkib hissəsinə çevrilməkdədir. 

Cənab Prezidentin liderliyi altında dünən torpaqlaırmızın işağldan azad olunması üçün  döyüş meydanında  hünərini göstərən Azərbaycan  xalqı bu gün işğaldan azad olan ərazilərin yenidən bərpasında nümyiş etdirməkdədir. Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur. Cəanb Prezidentin  yürütdüyü siyasət nəticəsində  Qarabağ və Şərqi Zəngəzur gözəl bir məkana çevrilməklə, Azərbaycanın günün əlavə güc qatacaq. Azərbaycan yeni-yeni uğurlara imza atacaq”.


Oxunma sayı: 22188

Oxşar yazılar