"Məişət zorakılığı qurbanları ilə işin təşkili": "Təmiz Dünya" polis əməkdaşlarına təlim keçdi - FOTO

  • 20:33 - 21 Dekabr

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi Daxili İşlər Nazirliyinin (DİN) dəstəyi ilə BREN proqramı və “Azərbaycanda qadınlara qarşı zorakılığın qarşısının alınması və onunla mübarizə tədbirlərinin gücləndirilməsi” layihəsi çərçivəsində Abşeron rayon Polis İdarəsinin əməkdaşları üçün “Məişət zorakılığı qurbanları ilə işin təşkili” mövzusunda təlim keçirib.

Təlim zamanı aktiv müzakirələr olub və maraqlı təkliflər irəli sürülüb.

Həmçinin, təlim çərçivəsində zorakılıq qurbanları ilə davranışı – polis-qurban simulyasiyasını, müraciətlərin yönləndirilməsi üzrə istiqamətləndirmə mexanizmini, ərazidə mövcud olan məişət zorakılığının formalarını əks etdirən xəritə hazırlanıb.

Qeyd edək ki,adıçəkilən proqram çərçivəsində Şirvan, Sumqayıt, Xəzər, Binəqədi və Abşeron rayon polis diarələrinin əməkdaşalrı üçün təlimlər yekunlaşıb.

Hər rayon üzrə 20 nəfər iştirakçı olmaqla, iştirakçılarının ümumi sayı 100 nəfər təşkil edib.

Onu da qeyd edək ki, təlimə qatılanlar məişət zorakılığı ilə mübarizədə iştirak edən əməkdaşlar olublar.

Avropa.info

 

 

 

 

 

 

 

 


Oxunma sayı: 18932

Oxşar yazılar