İsrail oktyabrın 7-dən Qəzzada 92 jurnalisti qətlə yetirib

  • 16:02 - 17 Dekabr

Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin son alovlanmasından bəri İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 92 fələstinli jurnalist həlak olub. 

Avropa.info xəbər verir ki, bu barədə Qəzza hökumətinin mətbuat xidmətinin məlumatında deyilir. 

Açıqlamaya görə, jurnalistlər Rami Bədir və Asim Kamal Musa son iki gündə İsrailin hücumlarının qurbanı olublar. 

Mətbuat xidməti qeyd edib ki, İsrail ordusu “hadisələrin Fələstin versiyasının səsləndirilməsinin qarşısını almaq və faktları gizlətmək” məqsədilə Qəzzada media işçilərini qəsdən öldürür. 

Qəzza hökuməti vurğulayıb ki, “hər şeyə baxmayaraq, İsrail Fələstin xalqının iradəsini qıra bilmədi”.


Oxunma sayı: 29085

Oxşar yazılar