Rəcəb Babaşovdan müdhiş “əxlaqsızlıq əməliyyatı” - “Namussuz! Qeyrətsiz! Sənin var-yoxunu ...!”

  • 20:06 - 13 Dekabr

Qazax rayonu, sözün əsl mənasında, qurdlar vadisi imiş. İcra başçısı Rəcəb Abas oğlu Babaşovun başında dayandığı bir mafioz qrupun cəngində inildəyən bu qədim mədəniyyət beşiyində nələr yaşanırmış, nələr...

Son zamanlar redaksiyamıza daxil olan məlumatlardan görünür ki, paytaxtdan 500 km uzaqda yerləşən Qazax rayonunun 500 min dərdi varmış. Ölkə rəhbərliyinin bunlar barədə məlumatlı olub-olmadığını bilmirik. Bu baxımdan “Babaşov rejiminin” ağlasığmaz əməllərini ictimailəşdirməyi özümüzə borc bilirik.

Noyabrın 28-də redaksiyamıza dail olan məlumat əsasında işıqlandırdığımız “Ağzından süd iyi gələn uşaqları yüksək vəzifələrə təyin edirlər...” başlıqlı məqalədə quldurbaşı Babaşovun rayonda “at oynatdığı”, bu da azmış kimi Prezidentdən gənc kadr təyinarlarına qarşı hayqırdığı, gənc naziri təhqir etdiyi barədə faktlar yer alır.

Bu hadisənin işıq üzü görməsindən ruhlanan Qazax camaatı (Abasın oğlu Qazaxda tam bir mafia sistemi qurub – nə aşağıya rəhm göstərir, nə yuxarıya ehtiram) redaksiyamıza xuntabaşının kriminal əməlləri, yerli əhaliyə zülmü və ali hakimiyyətə qarşı demarşı barədə ilginc məlumatlar göndərməyə başlayıb.

Belə məlumatların bəzilərini artıq oxucularımıza təqdim etmişik. Məsələn, “İşğaldan azad ediləcək kəndləri belimə yükləyəcəklər” başlıqla məqalədə Qazağı quldurcasına idarə edən Rəcəbin dövlətə, dövlət rəhbərliyinə qarşı təxribat xarakterli fikirləri əks olunur: “Yaxında Qazağın işğaldakı 7 kəndi azad ediləcək. Sonra həmin kəndlərdə yenidənqurma, bərpa, abadlıq işlərinə başlanılacaq, pullar xərclənəcək. Kimin hesabına? Mənim! Mənim cibimin! Pulları mənə xərclədəcəklər. O kəndləri mənim belimə yükləyəcəklər”.

Saytımız vasitəsilə mətbuatda yayılan bu faktların ardınca hər kəs düşünüb ki, Qazağın mafia lideri çəkinəcək, özünə yığışacaq, abrına qısılacaq, aşağıdan həya, yuxarıdan qorxu hiss edəcək. Amma hamı yanılıb. Çünki Babaşov yayılan məlumatlara Aparat işçiləri qarşısında belə reaksiya verib:

“Heç kimə hesabat vermək məcburiyyətində deyiləm. Nə yazırlar-yazsınlar. Hə, nə olsun ki, düz yazıblar, sonra? Kim mənə nə edə bilər? Məni Qazağa Cavid Qurbanov göndərib. Gələndən də nə etmişəmsə, onun əmri ilə etmişəm. Etdiklərimi də özü yaxşı bilir, ondan gizlinim yoxdur. Ondan başqa da heç kimi tanımıram. Çünki AİLƏYƏ Cavid müəllimdən yaxın olan adam yoxdur. Arxamda Cavid Qurbanov dayanıbsa, qalanları vecimə deyil!”. (OXU: https://avronews.az/cesur-basci-meydan-oxudu)

Baş verən özbaşınalıqlar barədə materiallar ictimailəçdikcə Qazax Rayon İcra Hakimiyyətinin (QRİH) başçısı Rəcəb Babaşovun quduzluğu, cinayətləri, vətəndaşa zülmü, dövlətə baş qaldırması daha da şiddətlənirmiş – nəinki qorxub geri çəkilmək.

Məsələn, bu günlərdə saytımızda yer alan "Başçıdan Prezidentin gənc kadrlarına qarşı “qara piar”: “Südəmər”, “matışka”, “kukla”" başlıqlı məqalədə Qazaxla bağlı sensasion məlumatdan bəhs olunur. Belə ki, Rəcəb Babaşovun aylıq “paket” qarşılığında istifadə etdiyi gizli trollardan biri Qazaxdakı krimianl rejimin dəhşətli əməllərini ifşa edib. Məlum olub ki, dələduz icra başçısı saxladığı gizli troll ordusu vasitəsilə rayonun tanınmış simalarını, iş adamlarını, idarə müdirlərini, özündən aşağı məmurları, dövlətə bağlı-kriminaldan aralı olan ziyalılarını şantaj edir, sıxışdırır və “haqq” alırmış. Üstəlik, digər rayonlara təyin olunan gənc icra başçılarına da çamur atdırırmış.

Bugünlərdə əldə etdiyimiz növbəti şokedici məlumat da bu faktların isbatıdır. Öncədən qeyd edirik ki, aşağıda bəhs olunacaq hadisə ilə bağlı redaksiyamıza ünvanlanan məlumatda konkret adlar, tarixlər, ünvanlar, fotolar, səs yazıları, “alış-veriş” faktına dair məbləğ, alış-verişdə hansı səlahiyyətli şəxslərin iştirak etdiyi və işin digər gizli iştirakçıları barədə məlumatlar yer alır. Bu barədə daha sonra...

Hələlik hadisənin ümumi məğzini təqdim edirik:

Qazax rayonunun kəndlərinin birində ictimai əxlaqsızlıq barədə iddia və buna dair şəkillər yayılır. Bu olay bütün rayonu bir-birinə vurur. Məsələ böyüyür.

Söhbət çatır QRİH başçısı Rəcəb Babaşovun qulağına. Özünün dəfələrlə dediyi kimi, özü boyda da yerin altında olan Abasın oğlu bu faktdan çox məharətlə istifadə etməyə qərar verir. Çünki hadisədə adı hallanan qadının həyat yoldaşı rayonda tanınmış və imkanlı şəxslərdən biridir.

Rayonun kriminalbaşı həmin şəxsi çağırtdırır yanına. Kabinetdə başçıdan başqa Babaşovun birinci müavini Məhəmməd Alıyev, Babaşovun müavini Gülaya Həsənova, QRİH-in Ərazi idarəetmə şöbəsinin müdiri Adil Vəliyev, Qazax Rayon Səhiyyə İdarəsinin müdiri Sevda Məmmədova, Qazax şəhər 1 N-li tam orta məktəbinin keçmiş direktoru, hazırda isə heç bir rəsmi işi olmayan və Babaşovun "muzdlu işgörəni" kimi xidmətini davam etdirən Bəsdi Ələkbərova da olur.

Belə bir möhtərəm heyətin iştirak etdiyi “razborkada” Rəcəb Babaşov sözügedən tanınmış və imkanlı şəxsi ensiz bir dəliyə soxur və bir müddət çıxarmır.

Sitat:

“Evindəkinə sahib çıxa bilməyən! Namussuz! Qeyrətsiz! Sənin var-yoxunu ...! Ay ...! Ay ...! Arvadını da götürüb rədd olmalısan Qazaxdan!”.

"Toplantı"dakı qadınların bu ağlasığmaz ifadələr, söyüşlər, təhqirlər fonunda hansı hisslər keçirdiyini təsəvvür etmək çətindir. Onu ancaq özləri təsəvvür və təsvir edə bilərlər.

Çox təsirləndiniz, hə? Biz də! Rayon rəhbərinin namus-qeyrət təəssübkeşliyi, əxlaq mühafizəçiliyi gözlərimizi yaşartdı. Ağladıq hətta. Ta ki, pərdənin arxasındakılardan agah olanadək.

Pərdənin arxasında isə o qədər də qəliz və gözlənilməz ssenari yoxmuş. Əvvəlcədən düşünülmüş, obrazlardan kimin hansı rolu oynayacağı yerbəyer edilmiş bir tamaşa varmış: "Mən elə deyəcəm, sən belə reaksiya verəcəksən, sən üstünə gedəcəksən, sən bu söhbəti rayonda yayacaqsan, sən hadisəni şişirdəcəcəksən...".

QRİH-də baş tutmuş sözügedən haqq-hesab davasından cəmi dörd gün sonra Rəcəb Babaşov hadisənin yaşandığı kənddə səyyar görüş keçirir və sakinlərlə görüşdə xuntabaşı 180 dərəcə əksinə fikirlər səsləndirir:

“Mən bu kəndi çox sevirəm, yaxşı kənddir, gözəl insanlarsınız. Amma dedi-qodulara, şayiələrə, iftiralara uymayın. Burda bəzi böhtançılar iftira ilə məşğuldurlar, şəkil montaj edirlər, birinin başını başqasının bədəninə, başqasının bədənini digərinin başına yapışdırırlar. Yalançı şəkil paylaşırlar, böhtan atırlar. Hamısı yalandır, inanmayın belə şeylərə!”.

Məntiq error verir. Bir anlıq təsəvvür edin... Xeyr, işin mahiyyətinə varmadan, torbadakı pişik ortaya çıxmadan təsəvvür işə yaramır.

Axı niyə? Necə? Dörd gün öncə diqqət mərkəzindəki qadının ərinə olmazın təhqirlər yağdıran, onu rayondan sürgün etməklə hədələyən başçının mövqeyi niyə və necə dəyişdi? Əvvəl “ifşa etdiyi”ni sonra niyə qorumaq qərarına gəldi? Niyə “evindəkinə sahib çıxa bilməyənə” sahib çıxmaq zərurəti hiss etdi?

Maraqlıdır, deyilmi? Sən demə, işin “niyə”si bir heybənin içində gizlənirmiş. Sarı, nazik rezinlərlə bir-birinə bərkidilmiş rəngli kağız parçalarının büküldüyü heybənin içində.

“Adamın vicdanı olar! Namusu olar! Namuslu birinə iftira atmaq qeyrətsizlikdir”, - deyə hiddətlənib Babaşov... məlum “razborka”dan bir HEYBƏ sonra.

P.S. Babaşovun təzyiqi ilə rayonun hüquq mühafisə orqanları baş vermiş ictimai əxlaqsızlıq iddialarının araşdırılmasını yarıda saxlamağa məcbur olub.

P.P.S. Ardı var...

Avronews.az


Oxunma sayı: 61414

Oxşar yazılar