İspaniyadan İsrail, ABŞ və AB-nə SƏRT İTTİHAMLAR -"Siz istəməsəniz belə İspaniya Fələstini dövlət olaraq tanıyacaq"

  • 03:09 - 06 Dekabr

Beynəlxalq ictimaiyyət İsrailin Qəzzada törətdiyi qitlıamlara göz yumarkən, İspaniyanın baş naziri Pedro Sançes ölkəsinin Avropa İttifaqı (Aİ) daxilində kifayət qədər dəstək almasa belə, Fələstini tanıyacağını bəyan edib.

Avropa.info xəbər verir ki, Sançes paytaxt Madriddə xarici mətbuat mənsubları üçün mətbuat konfransı keçirib.

İsrail və HƏMAS arasındakı münaqişələrin sona çatmasının iki dövlətli həll yoluna əsaslandığına dair fikirlərini təkrarlayan Sançes, İspaniyanın  beynəlxalq sülh konfransı təşəbbüsü keçirilməzdən əvvəl Fələstin dövlətinin tanınmalı olduğunu bildirib.

Hazırda 130-dan çox ölkənin Fələstin dövlətini tanıdığını, ABŞ və bəzi Aİ ölkələrinin isə hələ də bunu etmədiyini xatırladan Sançez, Fələstinin tanınması üçün Aİ daxilində təşəbbüs göstərəcəyini bildirib. Bu baş verməzsə İspaniyanın Fələstini tanıyacağını bəyan edib.

Sançes AB-dən Ukrayna müharibəsində Rusiyaya qarşı olduğu kimi  İsrailə qarşı eyni münasibəti göstərməsini istəyib və AB liderlərini ikili standartlar tətbiq etməkdə ittiham edib. 

İspaniyanın baş naziri bildirib ki, Aİ İsrailin Qəzza və İordan çayının qərb sahilində insan haqlarını pozması və işğallarına qarşı susarsa, beynəlxalq ictimaiyyətdə təcrid olunmaq riski ilə üzləşəcək və Avropa öz siyasətlərini gözdən keçirməlidir.


Oxunma sayı: 10121

Oxşar yazılar