“İşğaldan azad ediləcək kəndləri belimə yükləyəcəklər” - Nonsensdir! Fəlakətdir! Faciədir! Biabırçılığın son həddidir!

  • 21:46 - 05 Dekabr

Rəcəb Babaşov: “Mən Fazil Məmmədov məktəbi keçmişəm... Bilirəm ki, məni burda niyə saxlayırlar”

Noyabrın 30-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax istiqamətində iki dövlətin səlahiyyətli şəxsləri arasında görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak edib.

Tərəflər delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər. Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüşlərin təşkili və keçirilməsi reqlamentinin mətni ilkin olaraq razılaşdırılıb.

Eyni zamanda, Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin başlanılması barədə sövdələşmə olub, həmçinin komissiyaların görüşlərinin keçirilməsinin intensivləşdirilməsinə dair razılığa gəlinib.

Tərəflər, həmçinin, komissiyaların növbəti görüşünün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.

Bilirsiniz, bütün bunlar nə deməkdir? Vaşinqton, Brüssel, Moskva formatlarına qarşı Azərbaycan Prezidentinin irəli sürdüyü formatın – vasitəçisiz görüşün təşkili, tərtibi, təmini. Bunu ancaq İlham Əliyev bacara bilərdi – O da bacardı! Azərbaycan Dövləti bacardı!

Amma... Bu dövlətdə hər kəs İlham Əliyev kimi düşünürmü? Hər kəs İlham Əliyev qədər DÖVLƏTçi, DÖVLƏT sevdalısı, DÖVLƏT təəssübkeşidirmi? Elə olsaydı, nə vardı ki...? Dövlət gül-gülüstan olardı.

Bu dövlətin içində korrupsionerlərin, möhtəkirlərin olması sirr deyil. Bunu dəfələrlə dövlət başçısı şəxsən dilə gətirib və elələrinin də cəzalarını verib – qara maskalılar öz işlərini görüblər.

Bəs, içimizdə, dövlətin içində xainlər, anti-milli ünsürlər varmı-yoxmu? Bu haqda olduqca diqqətçəkən və ürəkağrıdıcı məlumat əldə etdik.

Belə ki, noyabrın 30-da keçirilən mühüm görüşün təşkilatçılığına əsas məsul olan şəxs – Qazax Rayon İcra Hakimiyyətinin (QRİH) başçısı Rəcəb Babaşov görüşdən bir neçə öncə ağlasığmaz fikirlər səsləndirib. Heç kimdən qorxmadığını dəfələrlə nümayiş etdirən başçı bu barədə orta miqyaslı bir toplantıda danışıb.

Babaşovun həmin toplantıda dilə gətirdiyi və birinci müavini Məhəmməd Alıyevin yaxın çevrəsinə “sızdırdığı” açıqlamaya diqqət:

“Yaxında Qazağın işğaldakı 7 kəndi azad ediləcək. Sonra həmin kəndlərdə yenidənqurma, bərpa, abadlıq işlərinə başlanılacaq, pullar xərclənəcək. Kimin hesabına? Mənim! Mənim cibimin! Pulları mənə xərclədəcəklər. O kəndləri mənim belimə yükləyəcəklər”.

Bu məqamda başçının fikrini yarıda kəsməmək mümkün deyil. Nonsensdir! Fəlakətdir! Faciədir! Biabırçılığın son həddidir!

Nəysə, Babaşov davam edib:

“Məni burda 8 ildir çürüdürlər, xərclədirlər. Guya, mən bilmirəm ki, məni hələ də niyə saxlayırlar burda? Mən Fazil Məmmədov məktəbi keçmişəm, yuxarıdakıların planlarını gözəl bilirəm. Bilirəm ki, ermənidən aldıqları kəndlərin altında mən qalacam, ona görə məni burda saxlayırlar. Hələ Cavid Qurbanovdan xəbər gözləyirəm...”.

Təsəvvür edirsiniz? Fərqi təsəvvür və idrak edirsiniz? Ölkə rəhbəri ilə rayon rəhbərinin hədəflərinin, arzularının, niyyətlərinin fərqinə baxın!

Biri torpağı geri alır, Vətəni qurtarır, məmləkətə suverenlik bəxş edir, canını-qanını ortaya qoyur, daxili-xarici düşmənlərlə vuruşur, ölkəsinin abadlığı üçün fədakarlıq mücəssiməsinə çevrilir!

Digəri isə... pul dərdi çəkir. Həm də bu məmləkətdən oğurladığı pulların dərdini. Bu məmləkətdən oğurladığı pulları bu məmləkətə xərcləməməyin dərdini.

Və bir də maraqlı sual: Babaşov “məni yükləyəcəklər” deyərkən nəyi nəzərdə tutur – bu dövlət hüquqi, demokratik dövlət deyilmi?

avronews.az


Oxunma sayı: 20164

Oxşar yazılar