Qəzza qətliamının arxasındakı ən GÜCLÜ İSİM - Hər şeyi o idarə edir ! - PKK terrorçularına dəstəyi ilə GÜNDƏMƏ GƏLMİŞDİ

  • 01:22 - 05 Dekabr

ABŞ-ın Yaxın Şərq siyasətini formalaşdıran simalardan biri olan Brett MakGurk İsraillə danışıqlardan tutmuş Səudiyyə Ərəbistanına silah satışına, o cümlədən ölkəsinin İraq və Suriya siyasətlərinə qədər ABŞ-ın bölgədəki siyasətinin qaranlıq tərəfi kimi diqqəti çəkir.  

Avropa.info xəbər verir ki, ABŞ-da yerləşən "HuffPost" xəbər saytı “Vaşinqtonda 4 nəfər ABŞ-ın Yaxın Şərq siyasətini formalaşdırır” başlıqlı xüsusi xəbəri üçün 23 ABŞ rəsmisi, eləcə də Bayden administrasiyası ilə Yaxın Şərq siyasəti ilə bağlı müntəzəm təmasda olan insanlardan müsahibə alıb.

Həmin 4 nəfər, ABŞ prezidenti Co Bayden, ABŞ dövlət katibi Entoni Blinken və ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla yanaşı, Ağ Evin Yaxın Şərq və Şimali Afrika üzrə daha az tanınan koordinatoru Brett MakGurk ABŞ-ın Yaxın Şərq siyasətində önəmli isimlərdən biridir.

Məqalədə qeyd olunur ki, ABŞ-ın “milli təhlükəsizliyi ilə bağlı ən güclü şəxslərdən biri” olduğu bildirilən Makqurk, İsraillə danışıqlardan Səudiyyə Ərəbistanına silah satışına qədər Baydenin bir çox mövzuda nəzərdən keçirəcəyi variantları müəyyən edir.

Saytın yazısında bildirilir ki, onun həmkarları MakGurku “ABŞ-ın maraqlarının necə inkişaf etdirilməsi barədə aydın təsəvvürə malik olan və bu maraqları insan haqlarından üstün tutan biri” kimi xarakterizə ediblər.

Keçmiş ABŞ rəsmisi HuffPost-a deyib ki, MakGurk “şəffaflığı və hesabatlılığı olmayan böyük bir qüvvədir”.

Adı açıqlanmayan başqa bir ABŞ rəsmisi MakGurkun mübahisəli karyerası olduğunu bildirib və deyib: "ABŞ Dövlət Departamentinin əslində İsrail-Fələstin məsələsinə heç bir təsiri yoxdur, çünki Brett (MakGurk) bu məsələnin mərkəzindədir".

Başqa bir keçmiş ABŞ rəsmisinin sözlərinə görə, MakGurkun regionla bağlı nəzəriyyəsi regionun həm qeyri-sabitliyin, həm də resursların mərkəzi olmasıdır. Sözügedən məmur bu vəziyyəti “köhnə məktəb, müstəmləkəçi zehniyyət” kimi qiymətləndirib.

Başqa bir ABŞ rəsmisi isə bunları deyib: "MakGurk Buş administrasiyasına çox oxşar düşüncə tərzi ilə düşünür. Bu, son 25 il ərzində dəyişməmiş düşüncə tərzidir." 

Donald Tramp dövründə müdafiə naziri olmuş təqaüdçü dəniz piyadaları general-leytenantı Jim Mattis 2022-ci ildə "HuffPost"-a verdiyi müsahibədə şəxsən Tramp administrasiyasını MakGurki vəzifəsində saxlamağa məcbur edildiyini söyləmişdi.

Qeyd edək ki, MakGurk Suriyanın şimalında terror təşkilatı PKK/YPG-yə dəstək verməsi ilə də tanınır.

Avropa.info


Oxunma sayı: 46201

Oxşar yazılar