İsrailin Türkiyədəki HƏMAS üzvlərinə qarşı SUİ-QƏSD PLANI - Ankaradan SƏRT XƏBƏRDARLIQ - "Ağır sonucları olacaq..."

  • 00:45 - 05 Dekabr

İsrailin Türkiyə də daxil olmaqla Fələstindən kənarda yaşayan HƏMAS üzvlərini hədəf alacağı xəbərinin ardınca Ankaradan Tel Əvivə sərt xəbərdarlıq edilib.

Avropa.info xəbər verir ki, rəsmi Ankara İsrail kəşfiyyat orqanlarına onların Türkiyədəki qeyri-qanuni fəaliyyətlərinin ciddi nəticələr verəcəyi bildirib.

Amerikanın Wall Street Journal qəzeti İsrailin Fələstindən kənarda yaşayan Həmas üzvlərinə qarşı sui-qəsd planları hazırladığını yazıb.

Xəbərdə İsrail kəşfiyyat bölmələrinin Livan, Türkiyə və Qətərdəki Həmas üzvlərini hədəf alacağı iddia edilib.

İsrailin daxili kəşfiyyat agentliyinin Şin-Bet (Şabak) direktoru Ronen Bar, İsrail dövlət televiziyası KAN-da yayımlanan səsyazmasında bildirib ki, onlar illər keçsə belə, Qətər, Türkiyə və Livan da daxil olmaqla bütün dünyada HƏMAS liderlərini öldürməkdə qərarlıdırlar. 

Türkiyə kəşfiyyat mənbələri, İsrailin Türkiyə də daxil olmaqla Fələstin xaricində yaşayan Həmas üzvlərini hədəf alacağına dair beynəlxalq mətbuatda yer alan xəbərlər və İsrail rəsmilərinin bu istiqamətdəki açıqlamaları əsasında Tel-Əvivə lazımi xəbərdarlıqların edildiyini və bunun əksinin ciddi nəticələrə gətirib çıxaracağını bildirib.

Anadolu Agentliyinə açıqlama verən rəsmilər əvvəllər də müxtəlif kəşfiyyat xidmətlərinin Türkiyə Respublikası ərazisində qanunsuz fəaliyyətlər həyata keçirməyə cəhd etdiyini xatırladıb və heç bir xidmətin belə əməliyyatlara icazə verməyəcəyini vurğulayıblar.


Oxunma sayı: 21726

Oxşar yazılar