İsrail Qəzzada mülki əhalini fasiləsiz bombalayır - Qəzzanın dünya ilə əlaqəsi tamamilə KƏSİLDİ

  • 00:34 - 05 Dekabr

Fələstin Telekommunukasiya (PALTEL) şirkəti Qəzzanın şimalında davam edən intensiv bombardman səbəbiylə telekommunikasiya xidmətlərinin tamamilə kəsildiyini açıqlayıb.

Avropa.info xəbər verir ki, humanitar fasilə başa çatdıqdan sonra İsrail Qəzzanı davamlı olaraq bombalayaraq telekommunikasiya infrastrukturunu zədələyiblər.

PALTEL Qəzza zolağının şimalında telekommunikasiya xidmətlərinin tamamilə kəsildiyini açıqlayıb.

“Sizə təəssüflə bildiririk ki, davam edən hücumlar səbəbindən şəbəkəmizin əsas elementlərinin kəsilməsi səbəbindən Qəzza şəhərində və Qəzza zolağının şimalında bütün telekommunikasiya xidmətləri itirilib. "Bizim texniki qruplarımız xidmətlərin bərpası üçün bütün mövcud vasitələrlə fasiləsiz işləyir", deyə şirkətin yaydığı açıqlamada bildirilib.


Oxunma sayı: 10231

Oxşar yazılar