Türkiyənin məşhur brendi Sumqayıtda: "Mado" restoranlar şəbəkəsi qonaqları bir araya topladı - FOTO

  • 19:17 - 02 Dekabr

Bu gün Sumqayıt şəhərindəki dənizkənarı bulvarda  “Mado” restoranlar şəbəkəsinin səkkizinci filialının açılışı olub.

Avropa.info xəbər verir ki, açılış mərasimində Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Quzey Kıbrıs Türk Cümhuriyyətinin Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Ufuk Turganer, Milli Məclisin deputatları, Sumqayıt İcra Hakimiyyətinin təmsilçiləri və tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı açılış münasibəti təşkilatçıları və qonaqları təbrik edib.

Qeyd edək ki, "Mado" Türkiyənin ən öndə gedən restoran brendlərindən biridir. 

Bu restoran Sumqayıt sakinlərinin daha çox diqqətini çəkir və yeni açılan bu məkanda məmnuniyyətlə istirahət edə bilirlər. 

"Mado"nun Azərbaycan üzrə nümayəndəsi Ferhat Çeğit bildirdi ki, xüsusilə həftə sonları şəhər sakinləri istirahət üçün bu məkanı seçirlər. 

Sumqayıta yeni açılan bu məkan müasir interyer və zəngin menyüsü ilə seçilir.

Avropa.info

 

 

 


Oxunma sayı: 11001

Oxşar yazılar