"Fövqəladə vəziyyətlərdə ne etməli?" mövzusunda  açıq dərs keçirilib - FOTO

  • 20:21 - 01 Dekabr

Bu gün 83 saylı məktəb liseyin 3 “D” sinifində şağirdlər üçün “Fövqəladə vəziyyətlərdə ne etməli?“ mövzusunda  açıq dərs keçirilib. 

Avropa.info xəbər verir ki, məktəbin ibtidai sinif müəllimi Yazgül Quluyeva öz şagirdləri ilə "Fövqəladə vəziyyət baş verəndə nə etmək lazımdır?" mövzusunda  geniş müzakirə aparıb.  

Şagidrlər mövzu haqqında ətraflı bilgi alaraq, yanğın, zəlzələ, qəza zamanı  təcili zəng etməli olduqları qurumların nömrələri,  ilkin yardımın göstərilməsi, fövqəladə vəziyyət zamanı nə etməli olduqları barədə fikirlərini bölüşüblər.  

Sonra şağirdlərin iştirakı ilə fövqəladə vəziyyətlərdən çıxışla bağlı səhnəciklər nümayiş olunub. . Hər bir şagird təhlükəsizlik qaydalarını, hadisə baş verərsə hara müraciət etmək lazım olduğunu bir daha öyrəniblər. 

Dərsin sonunda şagirdlər fövqəladə vəziyyətdə necə davranmalı olduqlarını nümayiş etdiriblər. 

 

 

Avropa.info


Oxunma sayı: 13509

Oxşar yazılar