SON DƏQİQƏ! Qəzzada 4 günlük ATƏŞKƏS! - "Həmas"la İsrail arasında əsir mübadiləsi RƏSMƏN BAŞLADI

  • 19:12 - 24 Noyabr

İsrail və HƏMAS arasında toqquşmalarda 4 günlük humanitar fasiləyə baxmayaraq, İsrailin Qəzza zolağına hücumları 49-cu gündə də davam edir. 

Avropa.info xəbər verir ki, İsrailin hücumlarına baxmayaraq, əsir mübadiləsi də başlayıb.

Fələstinli qadın və uşaqları götürmək üçün Qırmızı Xaç qrupunu daşıyan avtobuslar İsrailin işğalı altında olan İordan çayının qərb sahilindəki Ofer həbsxanasına gəlib.

24 fələstinli qadın və 15 gənc İsrailin şimalındakı Hayfadan İordan çayının qərb sahilindəki Ramallahdakı Ofer həbsxanasına köçürülür.

Bu arada Həmas da 12 Tailand vətəndaşını azad edib. İsrail mediası israilli girovların Qırmızı Xaça təhvil verildiyini bildirib. Onları Misir sərhədinə aparırlar.

İsrailin məlumatına görə, Qəssam Briqadasının əlində 239 israilli məhbus var.

Qəzza hökumətinin məlumatına görə, oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumları nəticəsində 6150-dən çoxu uşaq və 4000-dən çoxu qadın olmaqla 14854 nəfər qətlə yetirilib.

İsrail və HƏMAS arasındakı münaqişəyə humanitar fasilə verəcək kompromis 24 noyabr cümə günü səhər saat 07:00-da qüvvəyə minib. Razılaşmaya əsasən, münaqişədə 4 günlük humanitar pauza olacaq. HƏMAS-ın saxladığı 50 israilli məhbusun qarşılığında İsrail həbsxanalarında olan 150 fələstinli azad ediləcək.


Oxunma sayı: 11452

Oxşar yazılar