Ərdoğan dünyaya səsləndi - "İnsanlığa qarşı hərbi cinayət törədilir..."

  • 20:11 - 22 Noyabr

“İşğal olunmuş Fələstin ərazilərində, xüsusən də Qəzzada baş verən faciə indi bəşəriyyətin tolerantlıq həddini aşıb.'

Avropa.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G-20 Liderlərin Onlayn Zirvə Toplantısında çıxış zamanı deyib.

"Əlini vicdanına qoyan hər kəsin qəbul edəcəyi kimi, bu hadisələrin heç biri (İsrailin Qəzzaya hücumları) özünümüdafiə hüququ ilə izah edilə bilməz. İşğal olunmuş Fələstin ərazilərində, xüsusən də Qəzzada baş verən faciə indi bəşəriyyətin tolerantlıq həddini aşıb. Baş verənlərin heç biri özünü müdafiə hüququ ilə izah oluna bilməz. Burada hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törədilir. Biz mülki şəxslərə qarşı hərəkətləri heç bir şəkildə günahsız və qanuni görmürük. Mən buradakı liderləri müsəlman, xristian və yəhudi fərqi qoymadan reaksiya verməyə dəvət edirəm. 

Son hadisələrlə hamımız 1967-ci il sərhədlərinə əsaslanaraq, paytaxtı Şərqi Qüds olan, İsraillə çiyin-çiyinə sülh şəraitində yaşayacaq müstəqil Fələstin dövlətinin qurulmasının vacibliyini bir daha gördük. Mən sizi (G20 liderlərini) iki dövlətli həllin yaradılmasında təşəbbüs göstərməyə çağırıram.

Türkiyə olaraq, zaminlik də daxil olmaqla, qurulacaq yeni təhlükəsizlik arxitekturasında digər ölkələrlə birlikdə məsuliyyət daşımağa hazırıq. Biz də humanitar yardımlarımızı davam etdiririk. Dörd günlük humanitar pauzanın elan edilməsi və məhdud sayda da olsa, girov və məhbusların mübadiləsinə dair razılaşmanın əldə olunması müsbət haldır. Ümid edirəm ki, bu, daimi atəşkəsə gətirib çıxaracaq", - deyə Ərdoğan qeyd edib.   


Oxunma sayı: 13146

Oxşar yazılar