"Uşaqları, qadınları bombalayaraq öldürmək müharibə deyil, barbarlıq və dövlət terrorudur" - Ərdoğandan İsrailə SƏRT İFADƏLƏR

  • 10:25 - 21 Noyabr

"Fələstində məzlumların ağrısı bizim dərdimiz olduğu kimi, Uyğurdakı, Kərkükdəki, Ahıskadakı türk qardaşlarımızın problemləri də bizim problemimizdir. Biz onların hər birinin problemi ilə heç bir ayrı-seçkilik etmədən məşğul oluruq. Mən kim olursa olsun, çox açıq danışıram. Türkiyəni türk qardaşlarından üz döndərməkdə günahlandıranlar, ya bilgisizdir, ya da xarici güclərə işləyən beşinci kolon üzvüdür. İnşallah bundan sonra da hər zaman qardaşlarımızın yanında olmağa davam edəcəyik".

Avropa.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.

"Bu anlayışla 7 oktyabrdan bəri İsrailin əxlaqsız və alçaq hücumlarına məruz qalan Qəzza xalqını dəstəkləyirik. İndiyədək 11 təyyarə və 1 mülki humanitar yardım gəmisi ilə yardım göndərmişik. Misir səlahiyyətliləri ilə əməkdaşlıq edərək, yardım materiallarının Rifah Sərhəd Qapısı vasitəsilə Qəzzaya çatdırılmasını təmin edirik. İsrail təkcə Qəzza əhalisinin suyunu, yanacağını, rabitəsini tamamilə kəsərək öldürmür, həm də xəstəxanaları bombalayaraq Qəzzalıların müqavimətini qırmağa çalışır.

Oktyabrın 7-dən Qəzzada sözün əsl mənasında vəhşilik və qəddarlıq nümayiş etdirilir. İsrail hərbçiləri və silahlı mülki şəxsləri ilə hamilə qadınları doğmamış körpələri ilə birlikdə öldürməsi ilə öyünərək, bir güllədən 2 nəfərin öldüyünü iddia edərək çılğın bir vəziyyətdədir. Uşaqları, onların analarını, atalarını təyyarələrlə, tanklarla, toplarla bombalayaraq öldürmək müharibə deyil. Buna barbarlıq, banditizm, dövlət terroru deyirlər. Netanyahu xəstəxanaları, məktəbləri və ibadət yerlərini bombalayaraq İsrail xalqı arasında tamamilə itirdiyi reputasiyasını bərpa etməyə çalışır.

Qəzzada axan qanı dayandırmaq üçün səfərbər olduğumuz halda, qərb ölkələrinin vicdansızlığını utancla izləyirik. İsrail uşaqları, qocaları və qadınları da əhatə edən dinc insanları qətlə yetirir, lakin Avropadan ABŞ-a qədər heç bir ölkə səsini çıxarmır. İspaniya kimi bir neçə ölkə istisna olmaqla, hamı susur. Təkcə idarəçilər deyil, qərbli ziyalılar və media qurumları da susur. İsrail administrasiyası da fələstinlilərə qarşı soyqırım hücumlarında Holokostdan bir alət kimi istifadə edir.

İsrail açıq şəkildə nüvə silahına malik olduğunu inkar edir. Ancaq heç bir qurum heç bir araşdırmaya başlamır. Nüvə silahı məsələsi susdurulacaq bir məsələ deyil. Türkiyə olaraq İsrailin nüvə silahı məsələsinin unutdurulmasına icazə verməyəcəyik", - deyə Ərdoğan qeyd edib.


Oxunma sayı: 10924

Oxşar yazılar