Qəzzalı doktor qorxunc gerçəyi gözyaşları ilə anlatdı - "Dəfn edə bilmədiyimiz şəhidlərimizi itlər yeməyə başladı" (VİDEO)

  • 10:17 - 17 Noyabr

İsrailin havadan, qurudan və dənizdən bombaladığı Qəzzada həkim olan Münir Əl Burş şahidi olduğu dəhşətli hadisəni danışıb.

Avropa.info xəbər verir ki, ərəb mediasına danışan həkim Münir El Burş bombardıman nəticəsində həyatını itirən qəzzalıların cəsədləri  dəfn edilə bilmədikləri üçün itlər tərəfindən yeyilməyə başladığını bildirib.

İsrailin Qəzzadakı Şifa xəstəxanasını mühasirəyə almasına diqqət çəkən Dr. Münir Əl Burş yaşadığı hadisəni belə izah etdi:

"İsrail ordusu xəstəxananın ətrafını bombalayanda hamımız xəstəxana binasına qaçmağa başladıq. Və bu anda itlər meyitləri yeməyə başladılar. Xəstəxananın ətrafına atılan bombalar səbəbindən xəstəxananın bağçasına çıxa bilmədik. Allah şahiddir ki, biz bu hadisəni öz gözlərimizlə gördük. Biz itlərin qarşısını ala bilmədik. Şəhidlərin cənazələrini yeməyə davam etdilər."

Dr. Munir Əl Burş, "Ey İslam və Ərəb dünyası, bu hadisələri qəbul edirsinizmi?" soruşduqdan sonra göz yaşlarına boğulub. 


Oxunma sayı: 9835

Oxşar yazılar