İsrailin Qəzzada etdikləri hərbi cinayətdir - Türkiyə Milli Müdafiə naziri

  • 02:30 - 16 Noyabr

İsrailin Qəzzada dağıdıcı siyasəti ilə bağlı açıqlama verən Türkiyə Milli Müdafiə naziri Yaşar Gülər ​​İsrailin hərbi cinayət törətdiyini bildirib.

Avropa.info xəbər verir i, Milli Müdafiə naziri Yaşar Gülər İsrailin törətdiyi müharibə cinayətlərini qəbuledilməz adlandırıb.

“Qəzzada beynəlxalq hüququn pozulması, xəstəxanalar, məktəblər, müqəddəs yerlər, qaçqın düşərgələri və daha da pisi uşaq və qadınların öldürülməsi, vəhşiliyə çevrilməsi müharibə cinayətidir və heç vaxt qəbuledilməzdir. Bir daha vurğulayırıq ki, mülki şəxslərə qarşı hücumlar dərhal dayandırılmalı və dərhal atəşkəs elan edilməlidir", - deyə Gülər qeyd edib.


Oxunma sayı: 11870

Oxşar yazılar