Akademik Musiqili Teatrın “Sən elə bir zirvəsən!..” tamaşası bu dəfə Lənkəranda

  • 22:18 - 15 Noyabr

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Ulu öndər Heydər Əliyevin 100 illik, peşəkar milli teatrımızın 150 illik yubileyinə həsr olunan “Sən elə bir zirvəsən!..” tamaşası ilə bu dəfə lənkəranlıların qonağı olacaq.

Avropa.info xəbər verir ki, 20 noyabr saat 18:00-da Lənkəran Mədəniyyət Mərkəzinin səhnəsində nümayiş olunacaq tamaşada teatrın solistləri Əməkdar artist Səidə Şərifəliyeva, Prezident mükafatçıları Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, aktyorlar İbrahim Əlizadə, Aydan Həsənova, Şaban Cəfərov, Türkel Tariqpeyma, Emin Zeynallı, həmçinin xor və balet heyətinin üzvləri çıxış edəcəklər.

Musiqili-tarixi esse kimi hazırlanan bu səhnə əsərinin bədii rəhbəri teatrın direktoru Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, ssenari müəllifi Əməkdar artist Mübariz Həmidov, quruluşçu rejissoru teatrın baş rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, baletmeysteri Əməkdar artist Emin Əliyev, rejissor assistenti Afər Tağıyevadır.

Xatırladaq ki, ilk dəfə Ümummilli liderin doğum günündə Musiqili Teatrın səhnəsində təqdim olunan tamaşa daha sonra Gəncə, Şəki və Mingəçevir şəhərlərində də uğurla göstərilib.


Oxunma sayı: 10066

Oxşar yazılar