İsrail ordusundan Qəzzadakı məşhur xəstəxanaya QANLI BASQIN - 1000-lə xəstə çılpaq soyundurulub girov götürüldü... (FOTO)

  • 15:30 - 15 Noyabr

İsrail əsgərləri Qəzzada Şifa xəstəxanasına basqın edərək, onlarla tibb işçisini və fələstinli qaçqını girov götürüb. 

Avropa.info xəbər verir ki, İsrail ordusu Şifa xəstəxanasının əməliyyat otağı, böyrək, daxili xəstəliklər, xəstə qəbulu və doğum otağı binalarına basqın edərək zirzəmilərdə partlayış törədib. 

İsrail əsgərlərinin xəstəxanada onlarla tibb işçisini və qaçqını saxlayıb sorğu-sual etdiyi, həmçinin bəzi insanların əl-gözlərini bağlayaraq paltarlarını çıxararaq naməlum bir yerə apardığı bildirilib.

Əl-Şifa Xəstəxanasının təcili xidmət işçisi Ömər Zaqout Əl-Cəzirə telekanalına bildirib ki, İsrail əsgərləri xəstəxanaya sığınan bəzi fələstinliləri saxlayıblar. 

“İsrail qüvvələri saxlanılan şəxsləri çılpaq və gözləri bağlı halda aparıblar. Onlar heç bir yardım və ya ləvazimat gətirmədilər, sadəcə terror və ölüm gətirdilər. 180-dən çox meyit pis vəziyyətdədir və hələ də xəstəxananın bağçasındadır. Vəziyyət çox dəhşətlidir, xəstəxananın hər yerindən atəş səsləri eşidilir".

Əl-Şifa xəstəxanasının ortopediya şöbəsinin müdiri Adnan Barş deyib: "İsrail pilotsuz təyyarələri xəstəxananın içərisində hərəkət edən hər şeyi vurur".

Xəstəxananın başqa bir jurnalisti Cihad Əbu Şanab Əl-Cəzirə ərəb telekanalına deyib ki, xəstəxana binalarında insanlar qorxdular, vəhşicəsinə sorğu-sual edildilər və alçaldıldılar.

O, basqın başlayandan bəri xəstəxananın içindəki səhnələrin kabus olduğunu bildirib.

Al Jazeera Arabic telekanalının məlumatına görə, İsrail qüvvələri Əl-Şifa xəstəxanasını güllələrdən atəşə tutur.


Oxunma sayı: 12112

Oxşar yazılar