SON DƏQİQƏ! Bəşər və Mahir Əsəd qardaşları haqda HƏBS QƏRARI ÇIXARILDI

  • 18:10 - 15 Noyabr

Fransa məhkəməsi Suriya prezidenti Bəşər Əsədin insanlığa qarşı cinayətlərdə və müharibə cinayətlərində iştirakını əsas gətirərək onun həbsinə order verib.

Avropa.info xəbər verir ki, 2013-cü ildə Suriyanın Şərqi Quta bölgəsində 1400 mülki şəxsin ölümü ilə nəticələnən kimyəvi hücumla bağlı Əsəd haqqında həbs qərarı çıxarılıb. Məhkəmə Əsədi 2013-cü ildə Şərqi Qutada kimyəvi hücumlarda insanlığa qarşı cinayətlərdə və hərbi cinayətlərdə iştirakda ittiham edib.

Məhkəmənin həbs qərarı çıxaranlar arasında Əsəddən başqa qardaşı Suriya ordusu 4-cü diviziya komandiri Mahir Əsəd və daha iki general da var. Paris məhkəməsi 2013-cü və 2021-ci illərdəki kimyəvi hücumlarla bağlı istintaqa başlayıb.

Hüquqi araşdırma Suriya Media və İfadə Azadlığı Mərkəzi (SCM), vəkillərdən ibarət Açıq Cəmiyyət Ədalət Təşəbbüsü (OSJI) və Suriyada insan haqları pozuntularını qeydə alan Suriya Arxivinin şikayəti əsasında açılıb.

Suriya hökuməti 21 avqust 2013-cü ildə paytaxt Dəməşqin Şərqi Quta bölgəsində kimyəvi silahdan istifadə edərək 1400-dən çox dinc sakini qətlə yetirib. Qırğın zamanı əksəriyyəti qadın və uşaq olmaqla minlərlə dinc sakin də zəhərli qazlardan ziyan görüb.


Oxunma sayı: 12552

Oxşar yazılar