“Məişət zorakılığı törədən şəxslərlə sosial işin təşkili” mövzusunda təlim keçirilib - FOTO

  • 13:37 - 13 Noyabr

"Təmiz Dünya Qadınlara Yardım" İctimai Birliyi BREN proqramı çərçivəsində "Azərbaycanda qadınlara qarşı zorakılığın qarşısının alınması və onunla mübarizə tədbirlərinin gücləndirilməsi" layihəsi çərçivsədinə Əmək və Sosial Münasibətlər Akdemiyasının 4 cü kurs tələbələri üçün “Məişət zorakılığı törədən şəxslərlə sosial işin təşkili” mövzusunda 2 günlük təlim keçib.

Təlimdə 30 nəfər sosial iş ixtiası üzrə təhsil alan 4 cü kurs tələbləri iştirak edib, sonda sertifikat alıblar. Təlimləri, Azərbaycanda bu sahədə beynəlxlaq təlim almış milli təlimçi mütəxəsislər aparıb.

Zorakılığın mahiyyəti, zorakılıq törədən şəxslərin xüsusiyyətləri, tipləri, zorakılıq mühiti, mədəni və sosial faktorlar 0 cümlədən məişət zorakılığı törətmiş şəxslərlə iş üçün müdaxilə proqramın (Dulut Modeli əsasında) təqdimatı təlim iştirakçıları ilə müzakirə edilmişdir. Təlimdə, zorakılıq törətmiş şəxslərlə simulyativ oyun rolları da istifadə edilib.

Təlimin qarşıya qoyduğu məqsəd, məişət zorakılığını törətmiş şəxslərlə işləyəcək kadrların hazırlanmasıdır.

 

 


Oxunma sayı: 12156

Oxşar yazılar