Sakura Azərbaycan-Yaponiya İçtimai Birliyi tədbir keçirdi - FOTO

  • 18:55 - 01 Noyabr

Ölkələr arasında o cümlədən Azərbaycan və Yaponiya ölkələri arasında qarşılıqlı beynəlxalq, elmi-mədəni, içtimai-iqtisadi əlaqələrin genişlənməsində dövlətlə bərabər özəl sektor və QHT-lərin rolu və əhəmiyyəti sektorlararası əməkdaşlığın inkişafı deməkdir.

Sakura Azərbaycan-Yaponiya İçtimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Bakı şəhərində , 30 Oktyabr , 2023 ci il tarixində “Azərbaycanın Yaponiyada beynəlxalq nüfuzunun artırılmasında və hər iki ölkənin qarşılıqlı elmi-mədəni, içtimai-iqtisadi əlaqələrinin inkişafında özəl sektorların və QHT-lərin rolu və əhəmiyyəti” mövzusunda tədbir həyata keçirtdi. 

Açıklama yok.

Layihənin əsas məqsədi hər iki ölkənin qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələrinin genişlənməsində dövlətlə bərabər özəl sektorların və QHT-lərin rolu və əhəmiyyəti istiqamətində sektorlararası əməkdaşlığı inkişaf etdirmək idi. Sakura Azərbaycan-Yaponiya İçtimai Birliyi də 2013 cü ildən bu günədək Azərbaycana çoxlu sayda Yaponiya iş adamlarını dəvət etmiş, onların Bakıda Biznes sərgilərinin təşkilində dəstək verən təşkiatçi QHT olmuşdur. Sektorlararası əməkdaşlıqda vətəndaş cəmiyyətinin yəni QHT-ləri rolu daha çoxdur. İlk öncə biz bir QHT kimi ölkəmizi Yaponiyada illərcə tanıdaraq onlarda Azərbaycana olan biznes maraqlarını yaratdıq və sonra Yaponiya iş adamlarını, investorlarını Azərbaycana tanışlıq üçün Azərbaycanı görmək , onun qədim və zəngin mədəniyyəti ilə tanış olmaq, Azərbaycanın potensial iqtisadiyyatını Yaponlara tanıtmaqla onların bu ölkəyə maraqları artdı. Uzaq Şərq ölkəsi olan Yaponiya Azərbaycan xalqı kimi şərq mədəniyyətinə malik olan bir xalqdır. Bu da Azərbaycan və Yaponiya xalqlarının bir-birini tanımasında , güvənli və davamlı biznes qurmasında Yaponlar üçün ən vacibi şərtlərdən biri hesab olunur. Biz təşkilat olaraq Yaponların arzularına nail olduq və həm dostluq , həm də əməkdaşlıq əlaqələrini ildən-ilə genişləndiririk. Əlbəttə ki, bu məsələlərdə dövlətimizin də təşkilatımıza böyük dəstəyi var. Beləliklə, dövlətlə bərabər QHT–lərin təşkilatçılığı və təşəbbüsü iləYapon iş adamlarını Azərbaycana cəlb etməklə Azərbaycan və Yaponiya ölkələri arasında qarşılıqlı dostluq və əmkdaşlıq əlaqələrini elmi-mədəni, içtimai-iqtisadi sahələrdə genişləndiririk. Bu da sektorlarası əməkdaşlığın barız nümunəsidir. Beləliklə,növbəti layihələrimizi ölkəmizin elmi-mədəni, içtimai- iqtisadi inkişafına yeniliklər gətirən yeni ideya və təşəbbüslərimizlə genişləndirməyi planlaşdırırırıq. Layihəmizin nəticələri olaraq ölkəmizin iqtisadi inkişafında QHT –lər kimi özəl sektorlarla əməkdaşlıq sahəsində xalqımızın sosial durumunun yaxşılaşdırılmasında,işsizliyin azaldılmasında , yeni iş yerlərinin açılmasında , kiçik və orta sahibkarlığın inkişafında , yeni Yapon biznes partnyor və investorların tapılmasında və Azərbaycana investisiya qoyulmasında, Azərbaycanda İnvestisiya mühütünin genişlənməsində təşkilatımızın çox sayda layihələri vardır və onları gələcəkdə reallaşdırmağı planlaşdırır. Qeyd edək ki, Yaponiyada sektorlarası əməkdaşlığın six əlaqələri nəticəsində dövlətlə bərabər QHT –lər və özəl sektorların qarşılıqlı əməkdaşlığı çox geniş inkişaf edibdir. Bu da Yaponiya xalqının sosial –maliyyə durumunun inkişafına, QHT-lərin , özəl sektorların, böyük şirkətlərin kiçik və orta sahibkarlığın inkişafına dəstək , ölkənin artan kapitalına və elmi-mədəni, içtimai-iqtisadi, beynəlxalq əlaqələrin inkişafına müsbət təsir göstərir. İstərdik ki, Yaponiyanın sektorlararası əməkdaşlığna istinadən bu əməkdaşlıq sistemini hər iki ölkə arasında genişləndirməklə Yaponiyanın beynəlxalq təcrübəsindən faydalanaraq Azərbaycanda inkişaf etdirək. Tədbirə dəvət olunmuş Əmək və Əhalinin sosial Müdafiəsi nazirinin müşaviri Əbülfət Məhərrəmov Yaponiya dövlətində özəl sektorda iş adamlarının maraq dairəsində olan ölkəmizdə əmək münasibətlərinin yaranması, əmək münasibətlərində olan , eləcə də miqrant işçilərin əmək hüquqları, əhalinin məşğulluğunun təmin edilməsi üçün həyata keçirilən aktiv və passiv məşğulluq tədbirləri, əmək münasibətlərinin leqallaşması istiqamətində görülən işlər, sosial müdafiəyə ehtiyacı olan şəxslərə göstərilən xidmətlər, vətəndaşlığın pensiya təminatı və sosial müavinətlər, yeni yaradılmış və geniş fəaliyyətdə olan DOST xidmətləri barədə məlumat verdi. Ölkəmizdə sosial –iqtisadi məsələlərin həllində mühüm əhəmiyyət daşıyan Sosial və İqtisadi Məsələlər üzrə komissiyanın fəaliyyəti barədə məlumat verərək son illərdə kommisiyada baxılan və öz həllini tapan məsələləri qeyd etdi. Daha sonra ölkəmizdə ratifikasiya edilmiş beynəlxalq sənədlərə uyğun olaraq əmək və məşğulluq elektron altsistemi, onun mahiyyəti, eləcə də əmək qanunvericiliyinə riayət edilməsinə dövlət nəzarəti sistemi barədə məlumat verərək qonaqları maraqlandıran sualları cavablandırdı. Tədbirimiz diskusiya panelində gedirdi. Sorgu-suallar tədbirimizi daha canlandırıdı. Tədbirdə QHT-lər, iş adamları , dövlət məmurları, tələbə gənclər iştirak edirdi. Tədbirdə verilən suallar və Azərbaycan və Yaponiya ölkələri arasında sektorlarası əməkdaşlıq istiqamətində irəli sürülən təkliflər çox maraqlı idi . Cavablar tədbir iştirakçılarını çox qane edirdi və belə tədbirlərin davamlı keçirilməsini , sevə-sevə bu formada tədbirlərdə iştirak etmələrini bizdən istəyirdilər. Qeyd: “Müasir dünyada qloballaşmanın sürətli inkişafı və müxtəlif inkişaf etmiş dövlətlərin getdikcə daha da artan innovasiyalar sahəsindəki nailiyyətləri idarəetmədə yeni metodların tətbiqinə imkan verir. Son onilliklərdə əksər ölkələr dövlətlə bərabər, özəl sektor və vətəndaş cəmiyyəti əməkdaşlığına xüsusi diqqət yetirirlər. 

Açıklama yok.

Müasir anlamda dövlət-özəl-vətəndaş cəmiyyəti əməkdaşlığı ictimai məzmun daşıyan beynəlxalq, milli və lokal layihələrin həyata keçirilməsi məqsədi ilə bu sektorlar arasında yaradılmış institusional və təşkilati alyans kimi başa düşülür. Nəzərə alsaq ki, hər üç sektor cəmiyyətin idarə edilməsindən mühüm iştirak edir və bu baxımdan onlar arasında əməkdaşlıq vacibdir. Son illər siyasi,sosial,iqtisadi və digər sahələrdə bir sıra uğurlara imza atan Azərbaycan üçün də sektorlararası əməkdaşlığın elmi cəhətdən araşdırılması, öyrənilməsi, təşkili və tətbiqi mühüm əhəmiyyət kəsb edir. İdarəetmənin bu sahəsi ölkəmizdə sistemli şəkildə tam öyrənilməyən və çox tətbiq edilməyən sahələrindən biridir. Sektorlararası əməkdaşlıq ideyası məhz bu üç sektorda fəaliyyət göstərən qurumları bir araya gətirmək, onların səylərini birləşdirmək və mövcud problemlərin həllində onların imkanlardan birgə istifadə etmək üçün meydana çıxmışdır Dövlət sektoru-mövcud sosial ehtiyaclar və sosial xidmətlərin təşkilindəki problemlər; azalmaqda olan ictimai resurslar və ictimai xidmətlərin inkişaf etdirilməsi üçün alternativ resursların araşdırılması ehtiyacı,şəffaflıq, hesabatlılıq və qərarların hazırlanması proseslərində iştirakçılıqla bağlı ictimaiyyətin artmaqda olan tələbi və s. Özəl sektor: korporativ vətəndaşlıq və sosial məsuliyyətlə bağlı qlobal tendensiya; imici ictimailəşdirmək və ictimai hesabatlılığı artırmaq ehtiyacı;sosial gündəmə çıxmaqla bəzi həssas məsələlərlə bağlı ictimai təzyiqi yüngülləşdirmək ehtiyacı və s. Vətəndaş cəmiyyəti (QHT): maliyyə və maliyyə mənbələrinin çeşidini artırma ehtiyacı;ictimai hesabatlılıqla bağlı artmaqda olan tələbat və öz fəaliyyətinin təsirini artırmaq üçün özəl sektorun idarəçilik təcrübəsindən bir şeylər əxz etmək istəyi və s. Yuxarıda sadalalanan bu və ya digər amillər sektorları üçtərəfli əməkdaşlını tələb edir və bu tərəflər arasında qarşılıqlı inama, ümumi məqsədlər uğrunda birgə fəaliyyəti təşviq edir. Sektorlararası əməkdaşlıq ideyası Azərbaycan üçün yeni hesab oluna bilər. Son illərdə ölkəmizdə mövcud problemlərin həlli, sosial, iqtisadi və digər uğurlara nail olmaq üçün dövlət-özəl sektor, dövlət- vətəndaş cəmiyyəti, özəl sektor-vətəndaş cəmiyyəti aralarında ikitərəfli münasibətlərin inkişafı istiqamətində müəyyən işlər görülsə də, üçtərəfli əməkdaşlıq sahəsində bir sıra boşluqlar mövcuddur. Sektorlararası münasibətlərində mövcud olan problemləri belə qruplaşdırmaq olar: Hər üç sektorun hələ də bir-birnə ehtiyatlı münasibəti, əməkdaşlıqdan və tərəfdaşlıqdan çəkinməsi, təklif və təşəbbüslərinə lazimi diqqət yetirilməməsi; beynəlxalq təcrübənin kifayət qədər öyrənilməməsi; sektorlararası əməkdaşlığın institusional mexanizmlərinin mükəmməl olmaması; biznes və vətəndaş cəmiyyəti sektorlarının dövlət proqramlarının hazırlanmasına və icrasına zəif cəlb edilməsi; sektorlararası əməkdaşlığı nəzərdə tutan konkret proqramların olmaması; sektorlararası əməkdaşlıq ideyasının əhəmiyyəti və təbliği sahəsində maarifləndirmə işinin zəifliyi və s. Göstərilən problemlərin aradan qaldırılması üçün bu tədbirliərin həyata keçirilməsi məqsədə uyğundur: Sektorlararası əməkdaşlıq sahəsində beynəlxalq təcrübənin öyrənilməsi;sektorlararası əməkdaşlığın və tərəfdaşlığın inkişaf etdirilməsini nəzərdə tutan proqramların hazırlanması və həyata keçirilməsi;dövlət orqanları tərəfindən hazırlanan və icra olunan dövlət proqramlarına digər sektorların aktiv cəlb edilməsi; sektorlararsı əməkdaşlığın əhəmiyyəti, inkişaf məsələləri üzrə ümumrespublika və regional forumların, konfransların, dəyirmi masaların, seminarların və s. belə tədbirlərin müntəzəm keçirilməsi və s. Sektorlararası əməkdaşlığın təşkili və menecmentinin əhəmiyyəti Azərbaycan üçün göstərilən üstünlükləri verə bilər: neft gəlirlərinin azaldığı bir şəraitdə investisiya layihələrini özəl sektoru və vətəndaş cəmiyyətinin imkanları hesabına reallaşdırmaq;özəl sektoru və vətəndaş cəmiyyətinin təcrübə, maliyyə və texnoloji imkanlarından faydalanmaq; layihələrlə bağlı risklərin bir hissəsini özəl sektor və vətəndaş cəmiyyəti ilə bölüşmək imkanı;təqdim olunan ictimai xidmətlərin keyfiyyətinin yüksəldilməsi və s. Sektorlararası əməkdaşlıq anlayışı və menecmenti məsələlərini təhlil edərkən aydın olur ki, cəmiyyətin idarə olunmasında iştirak edən hər üç sektor öz məqsədlərini həyata keçirmək üçün qarşılıqlı fəaliyyət göstərmək məcburiyyətindədir. Araşdırmalar zamanı məlum olur ki, müasir dövrümüzdə bir çox ölkələrdə artıq dövlətin iqtisadi, sosial fəaliyyətləri biznes strukturları və vətəndaş cəmiyyəti tərəfindən icra olunur və bu sektorlar arasında işbirliyi ildən-ilə artır. Eyni zamanda məlum olur ki, hər bir ölkənin davamlı inkişafına nail olmaq üçün yerinə yetirilməsi vacib olan şərtlərin hər birinin reallaşdırılması təkbaşına bir sektorun imkanları xaricindədir. Sakura Azərbaycan-Yaponiya İçtimai Birliyinin sədri Təranə Hüseynova deyir ki.”Ölkəmizdə sektorlararası əməkdaşlıq ideyasının, eyni zamanda təşkili və menecmenti məsələlərinin öyrənilməsinə böyük ehtiyac var. Bu gün Azərbaycanda da davamlı inkişaf hədəfinə nail olmaq üçün qeyd olunan hər bir fəaliyyətin xarakterinə və mahiyyətinə uyğun olaraq həm dövlət, həm biznes-özəl sektor, həm də vətəndaş cəmiyyətinin(QHT-lər) bərabər fəaliyyət göstərməsi vacibdir Bununla da nəticə olaraq Sakura Azərbaycan-Yaponiya İçtimai Birliyi üç sektor arasında (dövlət, özəl sektor və QHT-lər) olan əməkdaşlığı ölkələr arasında ən vacib bilərək bunu Azərbaycan və Yaponiya ölkələri arasında ikitərəfli dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında əsas amil hesab edir və onun hərtərəfli inkişafına önəm verərək davamlı yeni layihələri reallaşdırmağı planlaşdırır.


Oxunma sayı: 69763

Oxşar yazılar