Musiqili Teatrın əməkdaşları mükafatlandırıldı – FOTO

  • 16:07 - 07 Noyabr

Şanlı Qələbəmizin III ildönümü münasibətilə Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Bakı Uşaq və Gənclər Teatrının birgə layihəsi – “Bir teatr-bir festival”ın davamı kimi hazırlanan “3+3=7” festivalı başa çatıb və iştirak edən bütün teatrlar təltif olunublar.

Avropa.info xəbər verir ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı da “Bir nəfəs qədər” tamaşasına görə “Diplom” və festivalın kristal mükafatına layiq görülüb.

Səhnə əsərinin müəllifi, həm də quruluşçu rejissoru olan Samir Qulamov və tamaşanın aktyorları Əməkdar artist Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Gülcahan Salamova, Prezident mükafatçıları Əmrah Dadaşov, Mehriban Zaliyeva, Hüseyn Əlili, Səmədzadə Xasiyev, aktyorlar Nəzrin İsmayılzadə, İbrahim Əlizadə, Ofeliya Novruzqızı, Əli Kərimov, Murad Əliyev – hər biri ayrı-ayrılıqda “Təşəkkürnamə”lərlə təltif olunublar.

Teatrın balet artisti, 44 günlük Vətən müharibəsi veteranı Murad Ağayevə də torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirakına görə “Təşəkkürnamə” təqdim olunub.

Təltiflər Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və festivalın təşkilat komitəsi tərəfindən verilib.
Layihənin rəhbəri Əməkdar artisti İntiqam Soltan və Xalq artisti Hacı İsmayılov festivala qatılan bütün teatr kollektivlərini təbrik ediblər.

 

 

 

 

 

 

 


Oxunma sayı: 11672

Oxşar yazılar