SON DƏQİQƏ! İsrail Qəzzada uşaq xəstəxanasını və ruhi sağlamlıq mərkəzini VURDU - 4104 uşaq, 2641 qadın ölüb...

  • 21:48 - 06 Noyabr

İsrailin Fələstinə oktyabrın 7-dən başlatdığı hücum 31-ci günündə daha şiddətlə davam edir. 

Avropa.info xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, İsrailin hücumları nəticəsində 4104-ü uşaq,  2641-i qadın olmaqla 10 min 22 fələstinli həyatını itirib, ən azı 25 min nəfər isə yaralanıb.

Bu gün isə İsrail ordusu Nəsr Uşaq Xəstəxanası, Rantisi Xəstəxanası, Ruh Sağlamlığı Xəstəxanası, Göz Xəstəxanası və Qəzzadakı Şifa Xəstəxanasını bombalayıb. Şifa xəstəxanasının bombalanması nəticəsində günəş enerjisi panelləri vurulub.

Bu arada, Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrailin 7 oktyabrdan bəri Qəzzaya təşkil etdiyi hücumlarda hər 10 dəqiqədən bir 1 uşağın öldüyünü, 2 uşağın isə yaralandığını açıqlayıb.


Oxunma sayı: 10396

Oxşar yazılar