
İsrail Qəzzada qaçqın düşərgəsini bombaladı - Anadolu Agentliyi əməkdaşının 4 uşağı QƏTLƏ YETİRİLDİ (FOTO)
- 18:15 - 06 Noyabr
Anadolu Agentliyinin operatoru Muhammed əl-Alul İsrailin Qəzzaya hücumu zamanı ailə üzvlərinin bir qismini itirib.
Avropa.info xəbər verir ki, mülki əhalini hədəf almağa davam edən İsrail ordusu mühasirədə saxladığı Qəzza zolağına növbəti hücuma keçib.
Dünən Qəzzanın mərkəzindəki Əl-Meqazi Qaçqınlar Düşərgəsini hədəf alan hücumda Əl-Alulun evi tamamilə dağılıb. Əl-Alul hücumda 4 uşağını və 3 bacısını itirib.

Operatorun həyat yoldaşı, anası, atası və digər uşağı xəsarət alıb. Alulun həyat yoldaşının vəziyyətinin ağır olduğu və reanimasiyaya yerləşdirildiyi öyrənilib.
İsrailin dünən Qəzza zolağının mərkəzi hissələrində yerləşən Əl-Meqazi Qaçqınlar Düşərgəsinə hücumu nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla 51 nəfərin həyatını itirdiyi, çoxlu sayda yaralının olduğu bildirilib.

Hücumdan sonra dağılmış evinin dağıntıları altına gələ əl-Alul bunları deyib: "Mən də mətbuat mənsubları olan digər dostlarım kimi Xan Yunusda işləyirdim.
Elə bir gün əvvəl ailəmlə, uşaqlarımla görüşmüşdüm, bir yerdə idik. Övladlarım dedilər ki, ata, get işini, gəl bir az vaxt keçirək. Hətta onlardan biri dedi ki, məni işə apar, səni daha çox görəm. Hadisə zamanı mən Xan Yunusda idim. Megazi düşərgəsinin bombalanması xəbəri gələndə dərhal məlumat almağa çalışdım. Amma ilk eşidəndə anladım ki, vurulan ev mənim evimdir. Sonra getdiyim zaman evimi tamamilə dağılmış, uşaqlarımın, bacı və qardaşlarımın öldüyünü gördüm. Mənim heç kimim qalmadı. Dağıntılar altında qalan qohumlarım, qonşularım hələ də var", - deyə operator qeyd edib.

