İsrail 3 xəstəxananı vurdu: Çoxlu sayda ölən və yaralı var - FOTO

  • 21:15 - 03 Noyabr

İsrail ordusu Qəzzada minlərlə xəstə və mülki şəxsin olduğu Şifa xəstəxanasının şəhərciyinin girişini vurub. Hücum zamanı çoxlu sayda ölən və yaralananın olduğu bildirilib. 

Avropa.info xəbər verir ki, İsrail döyüş təyyarələri Şifa xəstəxanasının bağçasında təcili yardım maşınlarını vurduqdan sonra İndoneziya xəstəxanasını hədəf alıb. 

İsrailin Şifa xəstəxanasının girişinə hücumu yaralıları müalicə üçün Misirə aparan təcili yardım karvanı yola düşməyə hazırlaşarkən baş verib. 

Səhər saatlarında Qüds xəstəxanası bombaların hədəfi olub. 

Axşam saatlarında İsrail döyüş təyyarələri Şifa xəstəxanasının əsas girişini bombalayıb. İkinci hücum isə əvvəlki hücumlarda yaralananları və vəziyyəti ağır olanları Rəfah Sərhəd Qapısına aparacaq təcili yardım karvanına edilib. 

Fələstin Səhiyyə Nazirliyi Şifa xəstəxanası qarşısındakı hücumun qətliam olduğunu açıqlayıb. 

Fələstin Səhiyyə Nazirliyi blokadada olan Qəzza zolağının ən böyük xəstəxanası olan Şifa xəstəxanasının əsas generatorunun yanacaq çatışmazlığı səbəbindən bir neçə saat ərzində bağlana biləcəyini bildirərək dünyanı humanitar fəlakətlə bağlı xəbərdar etmişdi. 

Qəzzadakı Fələstinin Səhiyyə Nazirliyi Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin Şifa xəstəxanasındakı yaralıların Misirə təxliyəsi üçün İsraildən təminat ala bilməyəcəyini açıqlayıb. 

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi bütün dünya ölkələrinə, xalqlarına və beynəlxalq təşkilatlarına müraciət edərək, Cenevrə Konvensiyasının 4-cü maddəsinə, beynəlxalq humanitar hüquqa uyğun olaraq, yaralıların həyatını xilas etmək üçün dünyadakı hər kəsi məsuliyyət daşımağa çağırıb. 

Nazirlik Qəzzanın mərkəzindəki Şifa xəstəxanasından bir konvoyun yerli vaxtla saat 16:00-da yaralıları daşımaq üçün yola düşəcəyini açıqlamışdı.


Oxunma sayı: 13091

Oxşar yazılar