İsrailin Qəzzada mülki əhaliyə qarşı hücumlarının dəhşətli nəticələri - Qorxunc rəqəmlər AÇIQLANDI (FOTO)

  • 04:23 - 30 Oktyabr

2,3 milyon müdafiəsiz fələstinlinin yaşadığı Qəzza zolağına İsrail tərəfindən həyata keçirilən hava hücumları 23-cü gündə də bütün intensivliyi ilə davam edib. 

Avropa.info xəbər verir ki,iİllərdir blokadada olan və “açıq hava həbsxanası” adlandırılan Qəzza zolağında törədilən soyqırımının nəticələri açıqlanıb.

Qəzza hökumətinin Media Ofisinin rəhbəri Selame Maruf keçirdiyi mətbuat konfransında İsrailin oktyabrın 7-dən bəri intensiv bombardmanlara məruz qoyduğu Qəzzada dağıntılar və insan itkiləri ilə bağlı məlumat verib.  

Maruf hücumlarda 200 mindən çox evin bombalandığını, 32 mininin isə tamamilə dağıldığını və ya yaşayış üçün yararsız hala düşdüyünü bildirib.

Maruf həmçinin hücumlarda 80 dövlət binasının, 47 məscidin, 3 kilsənin və 203 məktəbin bombalandığını bildirib. Ofis rəhbəri Maruf hücumlarda 116 tibb işçisi və 18 xilasetmə qrupunun üzvünün həyatını itirdiyi, 12 xəstəxana və 32 sağlamlıq mərkəzinin vurulduğunu qeyd edib.

İnternet xidmətinin və rabitənin kəsildiyi iki gündə İsrailin 60-dan çox qətliam törətdiyini bildirən Maruf, bu qırğınlarda yüzlərlə insanın öldüyünü və yaralandığını bildirib.

21-ci əsrdə bu humanitar fəlakətin beynəlxalq ictimaiyyətin utancverici münasibətinin tarixə düşəcəyini qeyd edən Maruf, hücumların dayandırılması, humanitar yardımın maneəsiz və nizamlı şəkildə Qəzzaya daxil olması üçün hərəkətə keçməyə çağırıb.


Oxunma sayı: 13685

Oxşar yazılar