İsraildən gələn təyyarə ortalığı qarışdırdı - Dağıstanda 100-lə insan Fələstin bayraqları ilə hava limanına hücum etdi (ANBAAN VİDEO)
- 04:04 - 30 Oktyabr
Dağstanda yüzlərlə insan İsrailin paytaxtı Təl-Əvivdən gələn təyyarənin geri qaytarılmasını tələb etmək üçün hava limanına hücum edib.
Avropa.info xəbər verir ki, hadisələrə görə hava limanı uçuşlara bağlanıb.
İsrailin Qəzza zolağında dinc sakinlərə qarşı qanlı hücumlarına cavab olaraq, Təl-Əvivdən Dağıstanının Mahaçqala hava limanına enən təyyarəyə etiraz edən yüzlərlə insan hava limanına basqın edib.
Əllərində Fələstin bayraqları olan nümayişçilər təyyarədəki sərnişinlərin qəbul edilməməsini və təyyarənin geri göndərilməsini tələb ediblər. Təhlükəsizlik maneələrini aşaraq uçuş-enmə zolağına çatan nümayişçilər təyyarədən düşən sərnişinləri axtarıblar. Hava limanına çoxlu sayda polis cəlb edilib.
Dağıstan prezidenti Sergey Melikov açıqlamasında baş verənləri təxribat kimi qiymətləndirib. Rusiya Federal Hava Nəqliyyatı Agentliyindən verilən açıqlamada Mahaçqala hava limanının hadisələrlə əlaqədar uçuşlara bağlandığı və vəziyyət normallaşana qədər bağlı qalacağı açıqlanıb.
İsraildən gələn təyyarələrin və sərnişinlərin vəziyyəti ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də, Rusiya Daxili İşlər Nazirliyi vəziyyətin həlli üçün səylərin davam etdiyini açıqlayıb.