Milli Hərəkatçılar Birliyi təbrik mesajı yayımladı

  • 16:26 - 29 Oktyabr

Milli Hərəkatçılar Birliyi Türkiyə Cümhuriyətinin 100-cü ildönümü təbrik mesajı yayımlayıb.

Globalinfo.az təbrik mesajını təqdim edir:

“Türk ulusunun Kurtuluş Savaşı sonucunda Türkiyə Cümhuriyəti dövlətinin qurulması çağdaş tariximizin ən önəmli hadisəsidir.

Türkiyə Cümhuriyəti Türklərin minillərdən gələn “əbədi dövlət” fəlsəfəsini, Türklüyün istər xronologiya, istər coğrafi məkan baxımından tək və bir bütün olduğu prinsipini mənimsəmiş, yaşatmış və gəlişdirmişdir.

Türkiyə Cümhuriyəti 3-5 il içində planlanıb qurulan bir dövlət deyil, XIX yüzilliyin başlarından bəri modern dünyaya uyum sağlamaq yönündə aparılan sistemli mücadilənin məntiqi nəticəsidir. Türkiyə Cümhuriyəti minlərcə illik Türk fəlsəfi, siyasi, huquqi və mənəvi gələnəyinin ürünüdür. Böyük Atatürk’ün dediyi kimi, “Türk millətinin təbiət və âdətlərinə ən uygun olan idarə, cumhuriyyət idarəsidir”. Onun qurulmasında Türk Dünyasının hər tərəfindən gələn seçkin insanlar fədakarcasına çalışdılar, Türk tarix və mədəniyətinin bu növbəti möcüzəsinin ortaya çıxmasını təmin etdilər.

Türkiyə Cümhuriyəti hər qarışı qanla suvarılmış vətən torpaqlarında, milyonlarca müqəddəs şəhid ruhunun himayəsi, qazilərin fədakarlığı və dünyanın dörd bir tərəfinə səpələnmiş hər yaşdan Türkün dualarıyla quruldu.

Cümhuriyətimiz tam 70 il boyunca bəynəlxalq aləmdə varlığımızı yaşadan və təmsil edən tək Türk dövləti oldu. Qafqaz, Türküstan, Volqaboyu, Sibir, Balkan, Kırım Türklərinin bütün milli problemlərinin həllinə ən çətin şəraitdə belə gücü yetdiyi qədər yardım etdi.

Türkiyə Cümhuriyəti Dünya Türklüyünün göz bəbəyi- mərkəzi olduğu kimi, çağdaş Türk Birliyinin qurulmasının da qarantıdır. Bu birliyin önəmini anlayan, onu formalaşdıran və inamla gələcəyə daşıyan ictimai-siyasi birkim ancaq Türkiyə Cümhuriyyətində var və sürətlə başqa dövlətlərimizə də yayılmaqdadır.

Bu gün Türkiyəmiz böyük, güçlü, sayğın bir dövlətdir və Dünya dövləti olmaq yolunda inamla irəliləyir. Zaman keçdikcə Türk Birliyi daha da böyüyəcək və bu məqsədə çatacağıq. O zaman tarixi Türk ədaləti bütün möhtəşəmliyi ilə ortaya çıxacaq, bütün dünya Türk ağlı, Türk ədaləti, Türk nizamı ilə huzura qovuşacaqdır. Türksüz tarix olmadığı kimi, Türksüz bir dünya nizamının olmayacağını da hər gün yaşanan faciəli hadisələr göstərməktədir.

Türkiyə Cümhuriyətinin 100-cü ildönümündə böyük qurucu Qazi Mustafa Kamal Atatürk’ü və silah arkadaşlarını, milyonlarca şəhid və qaizini minnətlə anır, əziz ruhlarına Tanrıdan rəhmət diləyirik.

Çağımızın ən köklü Türk dövləti olaraq Türkiyə Cümhuriyəti insanlıq üçün, dünya üçün əbədi var olmalıdır, var olacaqdır.

Tanrı Türkü Qorusun!

Yaşasın Cümhuriyət!

Bayramımız qutlu olsun!

Sayğılarımızla,
Milli Hərəkatçılar Birliyi (MHB)”.   


Oxunma sayı: 16952

Oxşar yazılar