.jpg)
Qəzzada bir gündə İsrailin hücumlarında 130-dan çox insan ölüb
- 15:40 - 29 Oktyabr
İsrailin son 24 saat ərzində Qəzza zolağının müxtəlif bölgələrinə endirdiyi zərbələr nəticəsində 130-dan çox fələstinli ölüb, onlarla fələstinli yaralanıb.
Avropa.info xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb.
Qeyd olunur ki, İsrail hətta münaqişənin 23-cü günündə də blokadaya alınmış Fələstin anklavını davamlı atəşə tutub.