Təşkilat Şirvanda vətəndaşlara hüquqi yardım göstərdi 

  • 10:17 - 29 Oktyabr

Oktyabrın 28-də Şirvan şəhərində Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sosial cəhətdən zəif müdafiə olunmuş vətəndaşlara pozulmuş hüquqlarının bərpası üçün hüquqi yardımların göstərilməsi" layihəsinin icrası çərçivəsində vətəndaşların qəbulu keçirilib. 

Qəbulda vətəndaşlara hüquqi yardım göstərilib və onları narahat edən problemlər haqqında məsləhət verilib. 

Bu kateqoriyaya daxil olan vətəndaşların adından yerli və mərkəzi İçra hakimiyyəti orqanlarına müraciətlər və məhkəmə orqanlarına iddia ərizələri tərtib olunub.


Oxunma sayı: 8438

Oxşar yazılar