Paşinyan: “Bakı ilə İrəvan arasında yol xəritəsi hazırlanıb”

  • 20:34 - 19 Oktyabr

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün yol xəritəsi hazırlandığını açıqlayıb. 

Avropa.info xəbər verir ki, o, bu barədə Litvanın Baş naziri İnqrida Şimonite ilə birgə brifinq zamanı bildirib.

“Vurğulamaq istərdim ki, mənimlə Azərbaycan prezidenti arasında Brüsseldə keçirilən görüşlər zamanı Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün mahiyyətcə yol xəritəsi hazırlanıb. Bu, Qranadada imzalanan dördtərəfli bəyanatda da öz əksini tapıb”, - Paşinyan bildirib. 

Ermənistan hökumətinin başçısı qeyd edib ki, tərəflərin bu yol xəritəsinə sadiqliyi sülh prosesinin sürətləndirilməsini təmin edəcək.


Oxunma sayı: 8603

Oxşar yazılar