Ermənistan prezidenti “YOXA ÇIXDI”

  • 20:31 - 30 Sentyabr

"Sentyabrın 19-dan sonra Ermənistan prezidenti Vaaqn Xaçaturyan yoxa çıxıb".

Avropa.info News24.az-a istinadən xəbər verir ki, bu barədə "Joqovurd" qəzeti yazır.

Nəşr qeyd edir ki, Xaçaturyan Azərbaycanın antiterror tədbirlərindən, çoxsaylı itkilərdən, ermənilərin Qarabağı tərk etməsindən, "dqr"in özünü buraxmasından narahat deyil.

"Hər halda, Ermənistan prezident aparatının saytında mövcud olan məlumatlar Xaçaturyanı bu məsələlərdən narahat etmədiyini göstərir. Onun fəaliyyəti ilə bağlı sonuncu məlumat sentyabrın 21-də Ermənistanın müstəqillik gününü təbrik edən zaman olub. Bundan sonra prezident sentyabrın 26-dək susub. Həmin gün Çinin yeni təyin olunan səfiri etimadnaməsini Xaçaturyana təqdim edib, o, Çin səfirliyində olub, dünən isə Çin prezidentini təbrik edib. Yəni Qarabağdakı vəziyyət onu narahat etmir. Rəsmi saytda da hadisələrlə bağlı heç bir məlumat yoxdur", - erməni KİV qeyd edib.


Oxunma sayı: 3873

Oxşar yazılar