Separatçı qurumun təmsilçiləri DTX-nin istintaq təcridxanasına etap olunublar

  • 15:50 - 30 Sentyabr

Qarabağdakı separatçı qurumun təmsilçilərindən olan Lyova Mnatsakanyan və Davit Babayan barəsində həbs qətiman tədbirinin seçilməsinə dair məhkəmə qərarı icra olunaraq Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasına etap olunublar.

Bu barədə Avropa.info-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda cinayət işləri üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Oxunma sayı: 58587

Oxşar yazılar