BMT: Ermənilərin Qarabağı tərk etməsi ilə bağlı azərbaycanlılar tərəfindən heç bir insident qeydə alınmayıb

  • 21:47 - 29 Sentyabr

Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin Ermənistana keçidi zamanı mənfi rəftar hallarının qeydə alınmadığını bildirib. 

Avropa.info xəbər verir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ermənistandakı nümayəndəsi Kavita Belani BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransında Azərbaycanın Qarabağ bölgəsindən minlərlə insanın Ermənistana miqrasiyasından və onların Ermənistandakı vəziyyətindən danışıb. 

Onun sözlərinə görə, bir həftədən az müddətdə 88,7 mindən çox insan Qarabağı tərk edərək Ermənistana gəlib. Belani deyib ki, onlar “fövqəladə humanitar vəziyyətdən narahatdırlar”. 

Belani qeyd edib ki, Ermənistan hökuməti BMT və digər qeyri-hökumət təşkilatlarının dəstəyi ilə onların müdafiəsi və yardımı ilə bağlı məsuliyyəti öz üzərinə götürüb. 

"Anadolu" agentliyi müxbirinin sualına: "Bu insanlarla tərk etdikləri zaman pis rəftar qeydə alınıbmı?" Belani belə cavab verib: "Bilirəm ki, indiyədək heç bir insident qeydə alınmayıb. Heç bir pis rəftar halı qeydə alınmayıb. Bu uzun yoldur, tıxac insanlar üçün çətin vəziyyətdir. Lakin azərbaycanlılar tərəfindən pis rəftar faktı qeydə alınmayıb”.


Oxunma sayı: 2729

Oxşar yazılar