
"Ermənistanda Rusiyanı itirmək, yeni qanad altına girmək istəyənlər çoxdur" - Lavrov Paşinyana Saakaşvilini nümunə göstərdi
- 21:29 - 27 Sentyabr
"Ermənistanda Rusiyanı itirmək və özünə yeni dostlar tapmaq istəyənlər çoxdur".
Avropa.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS-a müsahibəsində deyib.
“Ancaq birincisi, tarixi, coğrafi, geosiyasi baxımdan Rusiyanı onun Transqafqazdakı maraqlarına tamamilə məhəl qoymamaq mənasında itirmək mümkün deyil. Amma İrəvandakı bəzi liderlər belə ümidlər bəsləyirlər və bu barədə birbaşa danışırlar. Əslində, Ermənistanın öz təhlükəsizliyini təmin etmək üçün ümid etdiyi uğursuz ittifaqların kompensasiya edilməsi və bu təhlükəsizliyi təmin edəcək tərəfdaşlar dairəsinin genişləndirilməsi zərurətindən danışan baş nazir Nikol Paşinyanın son çıxışında da oxşar fikir var ", - deyə Lavrov bildirib.
Rusiya XİN rəhbərinin sözlərinə görə, əgər Ermənistan ABŞ-a arxalanırsa, o zaman onların yaxın tarixə nəzər salması yəqin ki, yaxşı olardı.O , ad çəkməsə də Gürcüstanın keçmiş prezidenti Mixayil Saakaşvilini Paşinyana nümunə göstərib.
"Birləşmiş Ştatlar öz qanadları altına almaq istədikləri şəxslərlə necə rəftar etdi. Bütün bu insanların taleyi çox, çox qibtəedilməzdir", - deyə Lavrov bildirib.