Bu, enerji təchizatı təhlükəsizliyinə töhfə verəcək - Ərdoğan

  • 17:21 - 25 Sentyabr

Naxçıvan tarix boyunca daşıdığı strateji əhəmiyyəti ilə Azərbaycan ilə əlaqələrimizdə xüsusi bir yerə malikdir.

Avropa.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyev ilə birgə mətbuata bəyanatla çıxış edərkən deyib.

"Naxçıvan bu gün də iqtisadiyyatı, nəqliyyat, enerji xətləri baxımından böyük potensiala malikdir. Regional nəqliyyat xətlərinin yaradılması ilə bu potensialı tam reallaşdırmaq imkanımız olacaq. Bu münasibətlə təməlini yenicə qoyduğumuz Iğdır-Naxçıvan qaz kəməri Azərbaycanla enerji sahəsində tərəfdaşlığımızı daha da dərinləşdirəcək və eyni zamanda Avropanın enerji təchizatı təhlükəsizliyinə töhfə verəcək", - deyə Ərdoğan əlavə edib.


Oxunma sayı: 4071

Oxşar yazılar